SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Gözəl Bayramlının həyatı təhlükədə! - Başıma bir iş gəlsə…”

24-06-2017, 11:45 | Oxunub: 10 026 |

Gözəl Bayramlının həyatı təhlükədə! - Başıma bir iş gəlsə…”
“Sağlıq durumum gündən-günə pisləşir. Çünki məhbusların sahib olduğu heç bir hüququmdan istifadə etməyimə imkan verilmir. Başıma bir hadisə gəlsə, bunun günahkarı hökumət olacaq…”

Vəkili Zübeydə Sadıqova bildirir ki, bunu ona Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin həbsdəki müavinlərindən Gözəl Bayramlı deyib.

Vəkil iyunun 22-də axşamüstü G.Bayramlı ilə Bakı İstintaq Təcridxanasında görüşüb. Onun sözlərinə görə, siyasətçinin bəzi şəxslərlə zəngləşmək hüququ pozulur.

Vəkilə zəngə imkan verilmir


“Bakı İstintaq Təcridxanasında saxlanıldığı müddətdə bir dəfə də olsun, onun vəkili ilə telefonla əlaqə saxlamasına imkan verməyiblər. Baxmayaraq ki, başqa dustaqların belə problemi yoxdur. Dəfələrlə vəkili ilə danışmaq istəyib, amma imkan verməyiblər. Üstəlik, iyunun 22-dən etibarən, ona ailəsindən başqasına zəng etmək qadağası qoyulub. Səbəbini soruşduqda, bunu yuxarıdan belə göstəriş gəlməsi ilə izah ediblər”, – vəkil mətbuata bildirib.

Vəkilin bildirib ki, G.Bayramlı iyunun 22-dən etibarən istədiyi şəxslərlə əlaqə imkanı yaradılanadək zəng hüququndan imtina edib.

Z.Sadıqova G.Bayramlının sağlıq durumunun da pisləşdiyini bildirib: “Onun üz-çənə artrozu var. Tez-tez soda ilə boğazını yaxalamalıdır. Ailəsindən soda gətirməsini xahiş edib, gətiriblər. Amma sodanın təcridxanaya buraxılmasına imkan verməyiblər. Təcridxana da onu soda ilə təmin etməyib. Onsuz da xeyli sağlıq problemi olan G.Bayramlı deyir ki, bu, səhhətini daha da pisləşdirə bilər”.

Ancaq plastik qabdan istifadəyə imkan verirlər

Vəkil əlavə edir ki, G.Bayramlı həm də mədə ağrılarından əziyyət çəkir.

“Bu xəstəliyinə görə, həm Gürcüstandakı, həm də yerli həkimlər ona qida zamanı plastik qablardan istifadəni qadağan ediblər. G.Bayramlı bununla bağlı təcridxanadakıları da məlumatlandırıb. Ancaq təcridxanada yalnız ona plastika qablardan istifadə etməli olduğunu bildirirlər. Alternativ qablardan istifadə etməsi qadağan olunub”, – vəkil deyib.

Vəkil G.Bayramlının müalicə və müayinəsinin təmin edilməsindən ötrü Bakı İstintaq Təcridxanasına, Ədliyyə Nazirliyinə və Penitensiar Xidmətə müraciət etdiyini, ancaq hər hansı addım atılmadığını bildirib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR