17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Gözəl Bayramlı ev dustaqlığına buraxılmayıb
Vəkil Səbail rayon Məhkəməsinin qərarından şikayət verəcək
İyunun 1-də Bakının Səbael rayon Məhkəməsində Gözəl Bayramlının ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb. Bunu qapalı keçirilən prosesdən sonra G.Bayramlının vəkili Zübeydə Sadıqova jurnalistlərə bildirib.
Z.Sadıqovanın sözlərinə görə, prosesdə G.Bayramlı ilə bağlı həbs-qətimkan tədbirinin ev dustaqlığı, girov müqabilində ev dustaqlığı qətimkan təıdiri ilə əvəz olunması barəsində vəsatətlər qaldırıb. O, vəsatəti dövlət başçısı İlham Əliyevin cəzanın humanistləşdirilməsi ilə bağlı imzaladığı sərəncamla əsaslandırıb.
"Mən bildirdim ki, G.Bayramlı ev dustaqlığına buraxılsa, istintaqdan qaçmayacaq, çağırışlara daim gələcək. Amma Dövlət Sərhəd Xidmətinin müstəntiqləri vəsatəti dəstəkləmədilər və hakim Rauf Əhmədov da vəsatəti təmin etmədi", vəkil qeyd edib.
Z.Sadıqova Səbael rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcək.
Mayın 25-də G.Bayramlı Gürcüstandan qayıdarkən saxlanıb.
Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
Mayın 26-da Səbael rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.
G.Bayramlı məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə orqanlarının əməkdaşları onun əşyaları arasına atıb və həbsi siyasi xarakter daşıyır.
Verilən ittiham təsdiqlənərsə, onu 5 ilə kimi həbs gözləyir.
Emtv.az