18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Gözəl Bayramlının evlərində axtarış aparıldı - Nağd pul, bank çekləri, qəbzlər...
Məlumat verildiyi kimi, 1962-ci il təvəllüdlü Bakı şəhər sakini Bayramlı Gözəl Oruc qızı 25 may 2017-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin Qazax rayonu ərazisində yerləşən “Şıxlı” Sərhəd Nəzarəti Məntəqəsini keçməklə Gürcüstandan Azərbaycan Respublikasına gələrkən külli miqdar təşkil edən 12 min ABŞ dolları məbləğində nağd pul vəsaitini bəyan etməyərək əl yükünün içərisində gizlədilmiş halda keçirdikdən sonra Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinin əməkdaşlarının birgə təbdiri nəticəsində saxlanılıb.
Baş Prokurorluqdan verilən məlumata görə, “Sınıq Körpü” gömrük postunda yerləşən rentgen qurğusunda G.Bayramlıya məxsus sellofan paketə baxılarkən monitorda şübhəli predmet görüntüsü aşkar edilmiş, bu səbəbdən ona üzərində və əl yüklərində gömrük nəzarətinə mütləq bəyan edilməli və ya gömrük nəzarətindən gizlədilmiş malların könüllü olaraq təqdim olunması təklif edilib, G.Bayramlı üzərində və əl yüklərində bəyan edilməli olan hər hansı bir malın olmadığını bildirib.
Bundan sonra, G.Bayramlıya məxsus əl yüklərinə baxış keçirilib və əl yükündəki sellofan torbanın içərisindən ümumilikdə 12 min ABŞ dolları məbləğində pul aşkar olunaraq götürülüb.
Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. İş üzrə müvafiq ekspertizalar təyin edilib, digər təxirəsalınmaz istintaq hərəkətləri yerinə yetirilib.
G.Bayramlı 26 may 2017-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilib və Səbail rayon məhkəməsinin qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Məhkəmə qərarları əsasında G.Bayramlının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsindəki və Nərimanov rayonu, Təbriz küçəsindəki mənzillərində axtarış aparılıb və mənzillərdən 1000 avro məbləğində nağd pul, G.Bayramlının adına Gürcüstan banklarının birindən 17 aprel 2015-ci il tarixli qəbzlə 100 min rus rublu, həmin tarixli digər qəbzlə isə 2 min ABŞ dolları məbləğində nağd pul almasına dair bank çıxarışları, ayrı-ayrı şəxslərin adlarına 8 aprel 2015-ci il tarixdə 270 min rus rublu və 4 min 700 ABŞ dolları məbləğində vəsaitlərin müvafiq olaraq 5.076 və 4.982 manata dəyişdirilərək qəbul edilməsinə dair bank çıxarışları və digər sənədlər aşkar edilərək götürülüb.
İş üzrə toplanmış istintaq materialları ilə həmçinin müəyyən ediib ki, Gözəl Bayramlı 2015-ci ilin yanvar ayından hazırkı vaxtadək 41 dəfə Gürcüstana səfərlər edib, lakin heç bir vaxt üzərində hər hansı pul vəsaitinin olmasını bəyan etməyib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Emtv.az