SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“Formula-1”: - Bakıda yaradılmış şərait məni valeh etdi”

23-06-2017, 12:57 | Oxunub: 4 305 |

“Formula-1”: - Bakıda yaradılmış şərait məni valeh etdi”
“Formula-1”in tarixində biznesin inkişafı ilə bağlı komanda fəaliyyət göstərməyib. Biz yeni qrup yaratmışıq. Bu, yarışın gələcəkdə iqtisadi cəhətdən daha yaxşı olması üçün fəaliyyət göstərəcək. Yeni yaradılan ekspertlər qrupu bununla məşğuldu”. Emtv.az-ın apasport.az-a istinadən məlumatına görə, bunu “Formula-1”in idman direktoru Ross Braun Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Yarışın yeni təşkilatçıları “Formula-1”də yeniliklər etməyi planlaşdırırlar. Braunun sözlərinə görə, komandalar arasında böyük büdcə fərqini aradan qaldırmağı və tamaşaçı marağını daha da artırmağı hədəfləyiblər: “Ekspertlər qrupu ilə birgə komandalar arasında fərqi aradan qaldırmağa, yarışın formatında dəyişikliklər etməyi nəzərdə tuturuq. Bunlar hamisi tamaşaçıların marağına hesablanıb. Biz qısa zamanda böyük nailiyyətlərə imza ata bilmişik. Çalışırıq ki, yarışı daha az xərclə keçirmək mümkün olsun. Bunun üzərində işləyirik. Bu, araşdırmalar tələb edir. Gəlirimizin böyük bir hissəsini isə büdcəsi az olan komandaların inkişafına yönəldəcəyik. Belə olan halda rəqabət və baxımlılıq artacaq. Komandaların sayını da 12-13-ə qaldırmaq istəyirik”.

İdman direktoru yeni reqlamentin müəyyən dəyişikliklərə öz təsirini göstərdiyini də deyib: “Örtmələr azalıb ki, bu da aerodinamikanın zəifləməsi ilə nəticələnib. Bununla bağlı araşdırmalar aparılır və növbəti reqlament dəyişikliyi zamanı bütün bunlar nəzərə alınacaq. Bolidlərin dizaynı xüsusi texniki göstəricilərə görə hazırlanır. Biz 2 bolidin hərəkəti zamanı hava axınının maneçilik törətməsinin qarşısını almaq üçün yeni dizaynların hazırlanması istiqamətində də yeniliklər edəcəyik. Bu hazırkı məqam rəqabətədavamlığı azaldır. 2021-ci ilədək əsas hədəflərdən biri bolidlərin motorunun yenilənməsi və güclənməsdi. Bunadək digər ciddi dəyişikliklər də olacaq. Bu, maşının çəkisi və digər məsələlərdi ki, o da 2019-cu ilədək olacaq”.

Braun Azərbaycan Qran-prisi haqda da fikirlərini açıqlayıb. Onun sözlərinə görə, apreldə Bakıda keçiriləcək 3-cü yarışda bəzi texniki dəyişikliklər ediləcək: “İlk dəfədi ki, Bakıya gəlirəm və Bakı Şəhər Halqası ilə də birinci dəfədi tanış oluram. Məni burda yaradılmış şərait valeh etdi. Bakı çox gözəl şəhərdi. Trekə gəlincə, möhtəşəmdi. Yarışın uğurla və gözəl təşkil olunacağına ümid edirəm. Dünya çempionatı olduğu üçün rəqabətin hər bir ölkədə aparılması vacibdi”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR