SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“ELDAR MAHMUDOV MƏHKƏMƏYƏ GƏTİRİLSİN!” – “Bütün günü restoranlarda gəzir…”

23-06-2017, 11:10 | Oxunub: 8 015 |

“ELDAR MAHMUDOV MƏHKƏMƏYƏ GƏTİRİLSİN!” – “Bütün günü restoranlarda gəzir…”
Sabunçu rayon Məhkəməsində ləğv edilmiş MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və digərlərinin məhkəməsi davam etdirilib.

Emtv.az-ın apa-ya istinadla xəbərinə görə, prosesdə şahid qismində MTN-in keçmiş əməkdaşı Rafiq Abdullayev ifadə verib. O bildirib ki, Xəzər rayon İcra Hakimiyyətinin müavini Ələkbərov Heydərovun saxlanılmasında iştirak edib və onu nazirliyə gətiriblər. O, Ə. Heydərovdan pul alınmasından xəbərsiz olduğunu deyib.

Elçin Quliyev isə şahidə sual verib: “Mənim nazirliyə kimisə gətirmək səlahiyyətim var idi? Ora gələnlərdən nazirə qədər hamının xəbəri olurdu”.

Hakim sualı çıxarıb.

Zərərçəkmiş Maqsud Mahmudov isə deyib ki, keçmiş nazir Eldar Mahmudov məhkəməyə gətirilməlidir: “Bütün günü restoranlarda gəzir. Nəyə görə gəlmir?”

Hakim isə deyib ki, bununla bağlı vəsatət olsa baxıla bilər: “Biz işə ittihamın mahiyyəti üzrə baxırıq”.

İclasda şahid qismində verən keçmiş MTN, indiki DTX əməkdaşı İmran Fiqarov deyib ki, onlara “Elit Travel” şirkəti ilə bağlı məlumat daxil olub: “Mənim pul alınmasından xəbərim olmayıb. Deyiblər, dəvət etmişəm”.

Elçin Quliyev ona da sual verib: “Sizdən kimdənsə pul alınması, şantajla bağlı tələbim olub?”.

Şahid bildirib ki, E. Quliyevin elə tələbi olmayıb.

Digər şahid Aydın Heydərov isə deyib ki, onun atasından MTN əməkdaşları hədə-qorxu ilə pul tələb ediblər: “Biz də borc alıb həmin pulu verdik. Demişdilər ki, verməsə, yoxsa oğlunun maşınına narkotik atacaqlar”.

Zərərçəkmiş Maqsud Mahmudov isə bildirib ki, bütün günahları intihar edən İlqar Əliyevin üstünə atmaq düzgün deyil: “Hamısı deyir, İlqar edib. Digərləri orada nə işləyirdilər? Mən daha prosesə gəlmək istəmirəm. Mənim nazirlikdə halım pis olanda və qaytaranda Rafiq Abdullayev mənə su gətirmişdi. Yalan deyirəmsə, desin”.

R. Abdullayev isə onun dediklərini təsdiq edib.

Zərərçəkmiş Mətləb Mustafayev isə intihar etmiş MTN polkovniki İlqar Əliyevin ifadəsinin oxunmasını tələb edib: “Bir vaxt məni şər-böhtanla həbs etmişdilər. İndi özləri saysız hesabsız cinayətə görə həbsdədirlər”.

Hakim bildirib ki, İ. Əliyevin ifadəsi tədqiq ediləcək.

Proses iyulun 7-də davam edəcək.


Qeyd edək ki, E. Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN barəsində aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.

Digər təqsirləndirilən şəxslər də eyni maddələrlə ittiham edilir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR