SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

“Nəyə görə, pulumuzu alıb, bizi sərbəst buraxırdınız?” – Zərərçəkmiş MTN generalına

21-06-2017, 14:16 | Oxunub: 6 026 |

“Nəyə görə, pulumuzu alıb, bizi sərbəst buraxırdınız?” – Zərərçəkmiş MTN generalına
Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi olmuş general-mayor Elçin Quliyev, Antiterror Mərkəzinin əməkdaşı olmuş polkovnik Azər Mehdiyev və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində Zaur Əzimov ifadə verib. Zaur Əzimov bildirib ki, Amil Yusifov adlı şəxslə birlikdə siqaret məhsullarının alveri ilə məşğul olub. Onun sözlərinə görə, 2015-ci ilin yanvar- fevral aylarında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Binəqədi rayon İdarəsinin əməkdaşları tərəfindən əməliyyat tədbiri keçirilib: “Nəticədə bizə məxsus 100 qutu siqaret saxlanılıb və MTN-nin Binəqədi rayon idarəsinin həyətinə aparılıb”.

Zərərçəkmişin sözlərinə görə, bundan sonra “Range Rover” markalı avtomaşını da əlindən alınaraq həmin idarəyə aparılıb: “Mən də həmin idarəyə dəvət olunaraq sorğu-sual olundum”.

Zaur Əzimov qeyd edib ki, onun həbs edilməməsi üçün külli miqdarda pul tələb olunub. O, deyib ki, MTN əməkdaşları tərəfindən telefonu qanunsuz olaraq dinlənilib.

Təqsirləndirilən Elçin Quliyev zərərçəkmişin ifadəsinə münasibət bildirib. O, Zaur Əzimovu siqaret qaçaqmalçılığında ittiham edib: “Bu şəxs qaçaqmalçılıqla məşğul olurdu. Buna görə də idarə tərəfindən əməliyyat keçirilib, telefonlarınız dinlənilib, barəsində tədbir görülüb”.

Zaur Əzimov isə onun dedikləri ilə razılaşmayıb: “Əgər biz qaçaqmalçılıqla məşğul olub, cinayət törətmişiksə, niyə həbs etmirdiniz? Nəyə görə, pulumuzu alıb, bizi sərbəst buraxırdınız?”

Zaur Əzimov ondan hədə-qorxu yolu ilə 120 min manat alındığını deyib.

İclasda “Elite Travel” MMC-nin təsisçisi və direktoru Xalıq Sadıxov da zərərçəkmiş şəxs qismində dindirilib. O, bildirib ki, MTN əməkdaşları tərəfindən 2010-cu ildə saxlanılıb: “Məni MTN-ə gətirdilər. Orada Ayaz Gərayzadə dindirdi və bildirdi ki, 100 min manat verməlisən. Məni saxta viza verməkdə ittiham ediblər. Sonra şirkətin lisenziyasının ləğv edilməsi ilə hədələdilər və hər ay pul verməyimi tələb etdilər”.

Zərərçəkmişin sözlərinə görə, ikinci dəfə MTN-ə 2013-cü ildə aparılıb. Onun ifadəsinə görə, ikinci dəfə də hədə-qorxulara məruz qalıb: “Ayaz Garayzadə, Nail Tağızadə və digərləri şirkətimizdən öz adlarına, ailə üzvlərinin adlarına tur paketlər götürürdülər. Elə hərəkət edirdilər ki, elə bil, şirkət onlarındır”.

Proses iyunun 23-də davam edəcək.

Qeyd edək ki, E. Quliyev MTN-in Antiterror Mərkəzinin rəisi olub. Daha sonra MTN barəsində aparılan istintaq zamanı o tutduğu vəzifədən azad edilərək MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində saxlanılaraq həbs edilib.

Ona qarşı Cinayət Məcəlləsinin 145.3-cü (qanunsuz azadlıqdan məhrum etməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma), 181.3.1-ci (mütəşəkkil dəstə tərəfindən quldurluq törətmək), 181.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə quldurluq törətmək), 182.3.1-ci (mütəşəkkil dəstə tərəfindən hədə-qorxu yolu ilə tələb etmə), 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu yolu ilə tələb etmə), 302.2-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma, eyni əməllər informasiyanın gizli yolla götürülməsi üçün nəzərdə tutulan xüsusi texniki vasitələrdən istifadə edilməklə törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək), 309.2-ci (vəzifə səlahiyyətlərini aşmaqla, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olma), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan olunub.

Digər təqsirləndirilən şəxslər də eyni maddələrlə ittiham edilir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR