17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Azərbaycanda Təhsil Nazirliyi məktəb tikdirib, fəhlələrin pulunu vermir - Fakt
Təhsil Nazirliyinin sifarişi ilə Ağdam rayonunun, Mirəşəlli kəndində 2 mərtəbəli, 800 kvadrat metr ölçüdə orta məktəb inşa olunub. Bu nəcib işin gerçəkləşdirilməsi "Bərpa" MMC tikinti şirkətinə tapşırılıb.
Mətbuata verilən xəbərə görə, MMC-də çalışan fəhlələr onlara tapşırılan işi yerinə yetiriblər, lakin gördükləri işə görə əmək haqlarını ala bilmirlər. Buna görə də məktəb tikintisində işləyən fəhlələr təhsil naziri Mikayıl Cabbarova müraciət ünvanlayıblar.
Surəti mətbuata ünvanlanan müraciətin müəllifi Sabirabad rayonun Qarağac kənd sakini Əsgər Nizami oğlu Əsgərzadə yazır ki, 4 nəfər kənd sakini ilə Ağdam rayonuna beton-bərkitmə işləri görmək üçün gediblər. 2 ay müddətə məktəbdə beton işi görüblər.
"Gördüyümüz işin pulunu hissə-hissə verirdilər. İşi tamamlayıb təhvil verəndən sonra qalan pulumuzu ala bilmədik. Mənim və Ramin Zakir oğlu Süleymanovun bu günə kimi 6 aydır, 1650 manat pulumuzu iş icraçıları vermirlər.
Nə qədər zəng vursaq da 6 aydır bu gün-sabah salıb, 5 günə pulunuzu poçtla göndərəcəyik deyərək bizi aldadırlar. Məktəb tikilib təhvil veriləndən sonra pulumuzu konkret verməyəcəklər. Ola bilər bizi aldadanlar həmin məbləği çox cüzi pul sayırlar. Amma biz əli qabarlı işçilər üçün ilin-günün bu vaxtında 1650 manat çox böyük puldur. Ona görə də təhsil naziri Mikayıl Cabbarovdan xahiş edirik 1650 manat zəhmət haqqımızın ödənilməsinə tapşırıq versin".
Emtv.az