SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Ucar məktəbləri donur: ferması olan şöbə müdirinə şok ittihamlar - ÖZƏL

26-12-2016, 14:47 | Oxunub: 10 692 |

Ucar məktəbləri donur: ferması olan şöbə müdirinə şok ittihamlar - ÖZƏL

Bir qrup Ucar sakini Yerli mətbuata müraciət edib

Müraciət müəllifləri - Cəbrayılov Zahid Vaqif oğlu, Əliyev Rasim Sahib oğlu, Səmədov Davud Qadir oğlu, Məmmədov Əli Zəki oğlu, Qasımov Teymur Osman oğlu və digərləri Ucarın təhsil şöbəsi rəhbərliyindən narazıdır.

Onlar rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri Fuad İsrayılovun yarıtmaz fəaliyyətindən, orta məktəblərdə istilik sisteminin olmamasından, şagirdlərin əksəriyyətinin xəstələnib dərsə gedə bilməməsindən şikayətçidir:

“Ucar rayonunun məktəblərində istilik sisteminin işləməməsinə görə məktəbli uşaqlarımıza soyuq siniflərdə dərs keçirilir ki, bu açıq-aşkar işgəncədir.

Nəticədə də uşaqlarımız soyuqdan xəstələnirlər.Ucar şəhər 6 № li orta məktəbdə 29 sinif var və 600 nəfər şagird təhsil alır. Həmin məktəbdə qazın kəsilməsinə görə istilik yoxdur.

Şagirdlər və müəllimlər sinifdə papaqla, şərflə, paltolarla oturub dərs keçirlər. Şagirdlərinin yarsı soyuqdan xəstələnib dərsə getmirlər, bir çox valideyinlər isə soyuq sinifdə dərs keçirilməsinə görə uşaqlarını məktəbdən çıxarıblar.

Ucar şəhəri 1 və 5 nömrəli orta məktəblərində də bu problem var. İsti kabinetindən çölə çıxmayan Ucar RTŞ müdiri Fuad İsrayılov heç bir tədbir görmək istəmir. Çünki bu adamı ancaq öz maddi maraqları düşündürür.

Rayonun bir neçə yerində restoranları, ticarət obyektləri fəaliyyət göstərir, Məlikballı kəndində böyük ferması, bahalı avtomaşınları, rayonda və Bakı şəhərində evləri var”.

Şikayətçilər bildiriblər ki, onun bu vəzifədə qalması Ucar rayon təhsil sistemini tamamilə iflic edib: “Biz mətbuat vasitəsi ilə Prezident İlham Əliyevə və Təhsil Naziri Mikayıl Cabbarova müraciət edib xahiş edirik.

Ucar rayonunda istilik sistemi işləməyən orta məktəblərə nəzarət edilməsinə tapşırıq versinlər və başı kommersiya fəaliyyətinə, pul toplamağa qarışmış Fuad İsrayılovun barəsində ciddi tədbirlər görsünlər”.
Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR