17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Kəmaləddin Heydərovla dostam, hərdən onunla görüşürəm” – Aydın Bəşirov
Prezidentin Sərəncamı ilə ləğv edilən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun köməkçisi vəzifəsinə təyin edilməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Emtv.az xəbər verir ki, A.Bəşirov ölkə.az-a açıqlamasında yayılan məlumatların doğru olmadığını söyləyib:
“Mən necə vəzifəyə təyin edilmişəm ki, xəbərim yoxdur? Bilirsiniz, bu “qız evində toydur, oğlan evinin xəbəri yoxdur” misalına bənzəyir. Mən heç bir vəzifəyə təyin olunmamışam, evimdə istirahət edirəm. Ola bilsin ki, kimsə məni Fövqəladə Hallar Nazirliyinin binasında görüb, ona görə də belə yazırlar. Mən nazir Kəmaləddin Heydərovla dostam, hərdən də nazirliyə gedib onunla görüşürəm. Həm də evim Nazirliyin yüz metrliyində yerləşir. Bütün bunlar o demək deyil ki, mən FHN-də işə düzəlmişəm. Yenə deyirəm, bu cür məlumatlar tamamilə yalandır”.
Emtv.az