SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Aydın Bəşirov Kəmaləddin Heydərovun köməkçisidir? - İddia

21-06-2017, 13:48 | Oxunub: 16 995 |

Aydın Bəşirov Kəmaləddin Heydərovun köməkçisidir? - İddia
Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirova yeni vəzifə verilib.

Emtv.az xəbər verir ki, bu barədə afn-ə danışan məlumatlı mənbənin sözlərinə görə, o, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun köməkçisi vəzifəsinə təyin edilib.

"Artıq xeyli müddətdir ki, vəzifəsinin icrasına başlayıb. Amma maraqlıdır ki, məlumat ictimaiyyətə açıqlanmır” deyən mənbə qeyd edir ki, A.Bəşirovla K.Heydərov köhnənin dostudurlar:

"Kəmaləddin müəllim həmişə olduğu kimi, yenə dostunu darda qoymayıb. Hətta FHN daxilində çoxları bilmir ki, Aydın Bəşirov nazirlikdə hansı vəzifəni tutur. Görünən odur ki, sabiq rəis bir müddətdən sonra nazir müavini təyinatı da ala bilər. Ən azı FHN-də idarə rəislərindən birini əvəzləməsi gözləniləndir”.

Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyi mətbuat xidmətinin rəhbəri Oktay Bayramovla əlaqə saxladıq. Bildirdi ki, onda belə bir məlumat yoxdur: "Məlumatım olsaydı, sizinlə bölüşərdim”.

Mənbənin məlumatın dəqiqliyini israrla bildirməsi bizi əlavə araşdırma aparmağa məcbur etdi. FHN-in 512-00-61 nömrəli növbətçi hissəsinə zəng edib Aydın Bəşirovla əlaqə saxlamaq istədiyimizi bildirdik.

Bildirildi ki, A.Bəşirov bu gün işə gəlməyib. Sadə vətəndaş kimi zəng etdiyimizi bildirib Aydın müəllimin nazirlikdə hansı vəzifəsini tutduğunu, nazirin köməkçisi olub-olmadığını soruşduq.

"Vallah, biz də bilmirik” cavabını aldıq.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR