SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Kamran Mahmudov sərbəst buraxıldı – YENİLƏNİB

22-06-2017, 12:39 | Oxunub: 7 529 |

Kamran Mahmudov sərbəst buraxıldı – YENİLƏNİB
Jurnalist Kamran Mahmudov Qazax Rayon Polis Şöbəsindən sərbəst buraxılıb.

Emtv.az xəbər verir ki, K.Mahmudov azadlıq-a deyib ki, son iki ildə dəfələrlə xarici ölkələrə gedib, ona hər hansı yasaq barədə məlumat verilməyib:

«Bu gün, iyunun 22-si səhər məni saxladılar. Gömrükdə dedilər ki, ölkədən çıxışıma yasaq var».
K.Mahmudovun deməsinə görə, yalnız Qazax Rayon Polis Şöbəsində onu öyrənə bilib ki, ölkədən çıxışına qadağa aprel ayında qoyulub. Qadağanı qoyan qurum isə Daxili İşlər Nazirliyidir.
Jurnalist deyib ki, məhkəməyə müraciət etmək niyyətindədir.

* * *

İyunun 22-də jurnalist Kamran Mahmudov Gürcüstana gedərkən saxlanılıb.

Bu barədə sosial şəbəkədə vəkil Cavid Rzazadə yazıb.

“Kamran Mahmudovu Gürcüstana mənimlə birlikdə gedərkən sərhəddə saxlayıb Qazax Rayon Polis İdarəsinə apardılar. İlkin olaraq deyildi ki, Kamran axtarışdadır”, – vəkil yazıb.

Vəkilin yazdığına görə, jurnalist müvəqqəti saxlanma kamerasına aparılıb.

«Kamranın üzərindən 127 manat pul, plastik kartlar və digər şəxsi əşyalar aşkar edilib götürüldü. Şəxsi axtarış hal şahidlərinin və mənim vəkil olaraq iştirakım olmadan aparıldı», – vəkil yazıb.

K.Mahmudov “Azadlıq” radiosunun Bakı ofisi bağlananadək bu radioyla əməkdaşlıq edib. O, daha sonra «Kanal 13» internet televiziyasında çalışırdı. “Azadlıq” radiosunun məlumatına görə, Qazax Rayon Polis Şöbəsindən bildiriblər «Kamran Mahmudov saxlanıb və Qazax Rayon Polis Şöbəsinə gətirilib. İndi araşdırma gedir».

Polis əməkdaşı deyib ki, K.Mahmudovun saxlanma səbəbi ölkədən çıxışına yasaq qoyulması ilə bağlıdır.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR