18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Tanınmış jurnalist Azərbaycandan qaçarkən yaxalandı
Tanınmış jurnalist Azər İsrafilov yenidən həbs edilib. Bu barədə mətbuata hüquq-mühafizə orqanlarından məlumat verilib. Bildirilir ki, Azər İsrafilov Xaçmaz rayonunun Yalama qəsəbəsi ərazisindən Rusiya Federasiyasına keçmək istəyərkən saxlanılıb. Məlum olub ki, onun barəsində yenidən cinayət işi açılıb və axtarışdadır. A.İsrafilov Bakıya gətirilib.
Qeyd edək ki, A. İsrafilov 2014-cü ildə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinərək həbs edilib. O, vətəndaşın 13 min dollar məbləğində pulunu alaraq qaytarmayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azər İsrafilov 7 il müddətinə azadlıqdan məhrum edilib. 2 ildən sonra həbsxanadan çıxan jurnalist saytlardan birində müxbir kimi jurnalistlik fəaliyyətinə davam edirdi.
Onu da qeyd edək ki, Azər İsrafilov bir sıra televiziyalarda kriminal müxbir kimi işləyib.
O, 2007-2010-cu illərdə ANS-də çalışıb. Daha sonra isə İctimai Televiziyanın "Qanundan kənar" verilişinin müxbiri kimi fəaliyyət göstərib.
Dünən Xaçmaz rayonunun Yalama qəsəbəsində Rusiyaya gedərkən sərhəddə saxlanılan tanınmış jurnalist Azər İsrafilov sərbəst buraxılıb. Jurnalistin mətbuata bildirdiyinə görə, sərhəddə məlum olub ki, onun ölkədən çıxışına qadağa qoyulub. Hazırda məsələ ilə bağlı araşdırma aparılır.
Emtv.az