SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Bir məmurun qadağan olunmuş biznes şəbəkəsi: Dövlətin milyonları bir ailənin cibinə necə axır?

21-06-2017, 12:59 | Oxunub: 6 373 |

Bir məmurun qadağan olunmuş biznes şəbəkəsi: Dövlətin milyonları bir ailənin cibinə necə axır?
Abbasovla Samir Məmmədovun “Enginet”, “Mədəd”, “AzeduNet” və “KÜR” biznesləri

Bu şirkətlər və QHT təhsil ocaqlarını necə kompüterləşdirib?

Təhsil Nazirliyi tərkibində fəaliyyət göstərən Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin sabiq rəisi Samir Məmmədovun adı ölkə mətbuatında ən çox hallandırılan məmur-biznesmenlərdən biri, bəlkə də birincisidir.

Biz yazının girişində “məmur-biznesmen” ifadəsini təsadüfi işlətmədik.

Məlumdur ki, bütün sivil dünyada məmurun biznes fəaliyyəti ilə məşğul olması qanunla qadağan olunub.

Bəli, məhz qanunla.

Çünki sivil dünya gözəl bilir ki, məmur əlindəki vəzifə səlahiyyətlərindən sui-istifadə edərək külli miqdarda dövlət vəsaitlərini öz şəxsi biznesinə yönəldəcək.

Amma çox təəssüf olsun ki, bizdə hələ ki bu qanun mövcud olsa da işləmir. Və məmurlarımızın çoxunun şəxsi biznesi var, məmurlar dövlət vəzifəsi tutmaqla yanaşı sahibkarlıqla məşğul olurlar.

Bu məsələ dəfələrlə ölkə parlamentində millət vəkilləri Vahid Əhmədov, İlyas İsmayılov və başqaları tərəfindən qaldırılsa da nəticəsi olmayıb.

Bəli, Samir Məmmədov Təhsil Nazirliyində idarə rəisi vəzəifəsi daşıyarkən, 5 minə yaxın orta məktəbin və əlavə olaraq ali məktəblərin və kolleclərin kompüterləşməsi adı altında öz şəxsi bizneslərini “çiçəkləndiriblər”.

Təsəvvür edirsiniz, qlobal bir layihədən söhbət gedir.

Həm də söhbət təkcə məktəblərə sadəcə kompüterlərin alınıb quraşdılımasından getmir. Bura məktəblərin proqram təminatı, müxtəlif internet cihazları ilə təchiz olunması, müəllimlərin kompüter hazırlığı və s məsələlər daxildir.

Bu qlobal məsələnin həyata keçməsi üçün dövlət tərəfindən milyonlarla vəsait ayrılıb.

Bütün bu işləri isə “AzeduNet” MMC, “Enginet” MMC, “Mədəd” MMC , “Mədəd” Qeyri-Hökumət Təşkilatı və “KÜR” kompüter zavodu həyata keçirib.

Görək bu şirkətlərin və QHT-nin sahibi kimlərdir..?

İlk öncə “Mədəd”dən başlayaq.

Guya orta məktəblərdə müəllimləri informasiya texnologiyaları, informatika ilə tanış edən bu “Mədəd” MMC-nin və Mədəd QHT-nin rəhbəri Emil Məmmədovdur.

Emil Məmmədov isə Təhsil Nazirliyindəki Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin sabiq rəisi Samir Məmmədovun əmisi oğludur.

Təhsil ocaqlarını informasiya texnologiyaları ilə təchiz edən “Enginet” MMC-nin təsisçisi Məlikov Elnur Yadigar oğlu, direktoru isə Nağıyev Anar Xəlil oğludur.

Məlumat üçün qeyd edək ki, Elnur Məlikov Emil Məmmədovun qaynıdır.

Bu şəbəkənin digər bir qolu olan “AzeduNet” MMC-nin təsisçiləri isə Haciyev Fuad Bəyalı oğlu, Həsənov Heydər Elmar oğlu və direktoru Yahyayev Natiq Rza oğludur.

Bunlarda Samir Məmmədovun yaxınlarıdır. Bu MMC məktəblərin internet təminatını həyata keçirir.

Beləliklə dövlətin xoş məqsədlə ayırdığı milyonlar bu əmioğlanları, qayınlar arasında milyonlar qazanmağa səbəb olub.

Əslində bu məsələ dövlət satınalmaları olduğu üçün yaxın qohumların birgə iştirakı yolverilməzdir.

Bu şəbəkənin daha bir maxinasiya yeri isə Mingəçevirdəki “KÜR” kompüter zavodudur.

Əli Abbasovla Samir Məmmədovun şərikli biznesi olan, keyfiyyətsiz “KÜR” komputerləri orta məktəblərdə toz altında istifadəsiz qalıb. Ancaq dövlətin ayırdığı milyonlar göyə sovrulub, daha doğrusu Məmmədov əmiuşaqlarının və Əli Abbasovun cibinə axıb.

Bu gün Emil və Samir Məmmədovlar Abşeron rayonu Xırdalan qəsəbəsində böyük tikinti kompleksinə sahiblik edirlər.

Görəsən hansı pulların hesabına..?

Məmmədovların bir uğuru da keçmiş MTN generalı, hazırda həbsdə olan Akif Çovdarovla yaxın qohum olmalarıdır.
Məlumat üçün bildirək ki, Samir Məmmədovun əmisi, “Sevimli Dad” şirkətinin sahibi Murad Məmmədovla Akif Çovdarov qudadır.


Beləcə bu şəbəkənin bir ucu həbsxanada, bir ucu Elmlər Akademiyasında müşavir, o biri QHT sektorunda, bir başqası Bakı Mühəndislik Universitetinin Texnoparkına rəhbərlik edir.

Bir sözlə “Böyük qırxayaq”…

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR