17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Naxçıvanda taxıl biçininə başlanılıb
Naxçıvan Muxtar Respublikasında taxıl biçininə başlanılıb. Hazırda Babək, Ordubad, Culfa və Kəngərli rayonlarında taxıl biçini mütəşəkkil keçirilir.
Emtv.az azərtac-a istinadən xəbər verir ki, taxıl biçinində istifadə olunacaq kombayn, maşın və mexanizmlərin ahəngdar işləməsini təmin etmək məqsədilə “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən zəruri ehtiyat hissələri alınıb gətirilib. Eyni zamanda, cəmiyyət tərəfindən servis xidməti də yaradılıb.
Taxıl zəmilərində yanğın təhlükəsizliyi qaydalarına riayət olunması ilə bağlı kombaynçılar arasında maarifləndirmə tədbirləri aparılıb, bütün kombaynlar yanğınsöndürmə balonları ilə təchiz edilib. Həmçinin taxıl biçininin optimal müddətdə və keyfiyyətlə başa çatdırılması üçün 92 taxılbiçən kombayn, 125 lafet, 250 presvuran və yükünü özüboşaldan 80 avtomaşın saz vəziyyətə gətirilib. Biçində iştirak edəcək kombaynların 22-si “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə, 70-i isə fiziki və hüquqi şəxslərə məxsus texnikalardır.
Toplanılacaq taxıl “Bərəkət Buğda Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qəbul ediləcək. Taxıl tədarükü ilə əlaqədar hazırlıq işləri yekunlaşıb. İstehsalçılardan buğdanın hər kiloqramı 30, arpanın hər kiloqramı isə 25 qəpikdən qəbul olunacaq.
Emtv.az