17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Xamneyi Trampa “sərsəri” dedi: “Ağzının içindən zərbə yeyəndə...”
İranın dini lideri Ayətullah Əli Xamneyi ABŞ-ın yeni rəhbərliyini "təcrübəsiz" olmaqda günahlandıraraq, Donald Trampın İrana qarşı mövqeyini "diqqətə alınmayacaq hay-küy" deyə xarakterizə edib.
Emtv.az xarici mətbuata istinadən xəbər verir ki, Suriya və İraqdakı toqquşmalarda həlak olanların ailələrinin iştirak etdiyi toplantıda danışan Xamneyi Ağ Evdəki yeni rəhbərlik üçün "sərsərilik aləminə yeni girmiş bıçaq yelləyənlər"lə müqayisə edib.
İranın dini lideri "Bunlar təcrübəsizdirlər. Nə etdiklərini bilmirlər. Sərsərilik aləminə yeni qədəm qoyanlar kimi təsadüfi sağa- sola bıçaq yelləyirlər. Ağızlarının içindən zərbə yeyəndə o zaman dünyadakı hesab-kitabın necə olduğunu anlayarlar",- deyə olduqca sərt danışıb. İranın inqilabdan bəri son 38 ildə davamlı ABŞ-ın düşmən mövqeyi ilə qarşı-qarşıya olduğunu deyən Xamneyi Trampın adını çəkmədən "ABŞ-da yeni iş başına gəlmiş bu adamın hay-küyünə fikir verməyin. Bunlar yeni şeylər deyil. İran möhkəm dayanıb. Bilsinlər ki, onlar bizə deyil, məhz biz onlara zərbəni vuraraq" deyib.
Emtv.az