SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“NAZİR DEDİ Kİ, İŞİN İÇİNDƏN HÖRMƏTLİ ADAMIN ADI ÇIXIR, SAXLAYIN!” – Çovdarov

20-06-2017, 11:32 | Oxunub: 4 020 |

“…otağa girəndə şalvarına batırdı, icazə alıb, gedib tualetdə təmizlədi”
“NAZİR DEDİ Kİ, İŞİN İÇİNDƏN HÖRMƏTLİ ADAMIN ADI ÇIXIR, SAXLAYIN!” – Çovdarov
Sabunçu Rayon Məhləməsində ləğv edilmiş MTN-nin generalı Akif Çovdarov və digər 3 nəfərin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Prosesdə Akif Çovdarov “8-ci kilometr” bazarı epizodu üzrə ifadə verib.

“Bizə şikayət daxil oldu, araşdırılması mənə tapşırıldı. Çingizi və oğurlanan qardaşını çağırıb ifadəsini aldım. Sonra da Cəfəri çağırdıq, dedi bazarı almışıq, Çingizin qardaşını da oğurlamamışıq. Dedim yaxşı. Qonşu otaqda da Çingiz Əəsədov qardaşı ilə birlikdə gözləyirdi. Çingiz otağa girən kimi Cəfər şalvarına batırdı, bizdən icazə alıb gedib tualetdə təmizlədi”- deyə Çovdarov bildirib.

Həbsdə olan general məsələ ilə bağlı rəhbərliyə məruz etdiyini qeyd edib: “Rəhbərlikdən dedilər, bu işin altında böyük adamlar çıxır. Dedilər, işi saxla. Çingizə bu barədə məlumat verdim”.

General əlavə edib ki, daha sonra Çingiz hər şeyi onun üzünə deyib: “Çingiz bizə dedi ki, bazarı istəmirəm, amma bunlardan alınsın, bunlar da həbsə getsin”.

Akif Çovdarovun bununla bağlı Eldar Mahmudova məruzə etdiyini də deyib: “Onlar da daha yuxarı ilə danışandan sonra mənə dedilər ki, bu işin içindən başqa hörmətli adamın adı çıxır, işi saxlayın. Mən də Çingizə bunları dedim, o da məsələni başa düşdü. Amma dedi ki, necə olur olsun, bazar onlardan alınsın. Mənə dedi ki, bazarı siz alıb işlədin. Cəfər bazarı qaytarmağa razı idi, amma borcu olduğu üçün 300 min pul istədi. Biz də rəhbərliyə məruzə etdik, dedilər halallıqla Çingizdən alın. Mən də qohumuma dedim, Çingiz Əsədova 150 min verdik, Cəfərə də 300 min notariusda verdik. Cəfər gəlib mənə yalvardı, kürəkənimdən xahiş etdim, o, Cəfərin qardaşına və bacısına da ayda 400 manat verirdik”.

Çovdarov bildirib ki, bazar alınan gündən bəri keçmiş sahibi olan Çingizə hər ay 5 min pul verilib: “Bizə demişdilər ki, bu məsələ sülhlə həll edilsin. Çünki cinayət işi aça bilmirdik. Həmin adamın adı hallanacaqdı, mətbuat yazacaqdı. Mən istəyirdim ki, cinayət işi açılsın”.

Akif Çovdarovun ifadəsinə görə, sabiq nazir Fərhad Əliyev və qardaşı Rafiq Əliyev ilə Səfərov qardaşlarının əməllərini ifşa etdikləri üçün bizə ən azı təşəkkür və ya medal verilərdi: “Ondan əvvəl Fərhad Əliyev, Əli İnsanov və Hacı Məmmədov işini aparmışdıq. Qısa müddətdə bu da 3-cü əməliyyatımız olacaqdı. Hacı Məmmədovun adam öldürməsi ilə bağlı prokurorluğa şikayət daxil olmuşdu, amma heç nə edə bilmirdilər. Bu işi biz etdik”.

Çovdarov qeyd edib ki, 2006-cı ildən Cəfərin adından şikayət ərizələri gəlməyə başlayıb: “Çağırıb soruşduq ki, nə məsələdi, Cəfər dedi hər şeyi atamla qardaşlarım mənim adımdan yazır, nəzərə almayın. Sonra bizə məlum oldu ki, bu ərizələri o vaxt MTN-də işləyən bir yoldaş yazdırıb. Salman Səfərovla Çingiz Əsədov arasında telefon danışığında o ad dəfələrlə çəkilib, cinayət işi materiallarında var, mən ad çəkməyəcəyəm. İttihamda yazılıb ki, bazarın qiyməti 5 milyon dollar olub, biz 450 min dollara hansısa yollarla almışıq. O vaxt bu qiymətə əmlak yox idi. 2005-ci ildə kürəkənim 5 otaqlı evi 17 min dollara aldı. Bazar alınanda orda tikili yox idi, konteynerlərdən ibarət idi”.

Prokuror Akif Çovdarova sual vermək istəyəndə general onu qabaqlayıb: “Çingizin qardaşının oğurlanması ilə bağlı sübutlar, səs yazıları var, niyə cinayət işi açmırsız? O vaxt o adam sağ idi, biz edə bilmədik, edə bilirsizsə, siz edin”.

Məhkəmənin növbəti iclası iyunun 21-nə təyin edilib.

Qeyd edək ki, Akif Çovdarovla birlikdə müttəhimlər kürsüsünə ləğv edilmiş MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanov da çıxarılıb.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR