17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Neftin ucuzlaşması Azərbaycana nə vəd edir? - İQTİSADİ ŞƏRH
Bu il dünya iqtisadiyyatı üçün kifayət qədər böhranlı il oldu ki, bu da neftin qiymətlərinin düşməsi ilə əlaqədardır.
Emtv.az xəbər verir ki, bu proses 2014-cü ilin yazında başlayıb və yayda daha da sürətlənib. Qiymətlərdə azalma indi də davam edir. Hazırda dünya bazarında neftin bir barelinin qiyməti (növündən asılı olaraq) 60 ABŞ dollar civarındadır. Halbuki düşməyə qədər neftin bir barelinin qiyməti 110 dolları ötürdü.
Neft ucuzlaşdı
“Neftin qiymətinin düşməsi Azərbaycan üçün külli miqdarda maliyyə itkisi deməkdir”.
Emtv.az xəbər verir ki, bu sözləri mətbuat.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib:
“2014-cü ildən sonra başlanan proseslər - iqtisadi daralma, ümumdaxili məhsulun azalması hamısı neftin qiymətinin düşməsinin nəticəsidir. Hazırda neftin qiymətinin yenidən aşağı düşmək tendensiyası yaranıb. Neftin qiymətinin düşməsi ölkəyə gələn valyuta gəlirlərinin yenidən azalmasına səbəb olacaq. Valyuta gəlirləri azaldıqca isə manata olan basqılar artacaq. Bu ilin ilk 5 ayında ticarət balansında müsbət saldo yaranmışdı. Bunun da yeganə səbəbi neftin qiymətinin 55 dollar civarında olması idi. Yenidən 45-46-47 dollar civarına qədər dəyişib. Qiymətin 10 dollara yaxın düşməsi Azərbaycan üçün gündə təqribən 5 milyon dollar itirilməsi deməkdir. Bu da, təbii ki, valyuta ehtiyatlarında və ticarət balansında ciddi təsirlər yaradacaq”.
Emtv.az