17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Dövlət büdcəsinə yenidən baxılacaq”-Milli Məclis
Azərbaycanın 2016-ci il büdcəsinə yenidən baxıla bilər. Son olaraq bu gün səhər saatlarında "Brent” markalı neftin bir barelinin qiyməti 36,18 dollara qədər enib. Dünya bazarında neftin qiymətinin hər gün aşağı düşməsi artıq 2016-ci ilin büdcəsinə yenidən baxılmasını labüd edir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvi Vahid Əhmədov açıqlamasında 2016-ci ilin dövlət büdcəsinə yenidən baxılmasının mümkünlüyünü təsdiq edib:
"2016-cı ilin dövlət büdcəsində neftin qiyməti 50 dollar götürülüb. Bu gün neftin qiyməti 36 dollardır. Əgər bu, ilboyu davam edərsə, dövlət büdcəsinə gələn il baxıla bilər. Lakin biz hesab edirik ki, gələn il neftin qiyməti 50 dollar səviyyəsinə qalaxacaq və dövlət büdcəsinə yenidən baxılmasına ehtiyac olmayacaq”.
Deputat neftin qiyməti qalxmazsa, başqa bir varinatın da mümkünlüyünü vurğulayıb:
"İkinci bir varinat da var ki, ehtiyatdan dövlət büdcəsinə transfer olsunsun və onda dövlət büdcəsinə baxılmasına ehtiyac qalmasın. Bütün bunlar, 2016-ci ildə neftin qiymətinin necə dəyişməsindən asılıdır”.