18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Metroların çıxışı bazara çevrilib - Hərəkətə mane olurlar - VİDEO
Meyvə-tərəvəzdən tutmuş, paltarlara kimi məhsulların satıldığını görmək olar
Son zamanlar küçə ticarətinin artdığı müşahidə olunur. Xüsusilə də metroların çıxışlarının qarşısı demək olar ki, bazara çevrilib. Məsələn, metronun Həzi Aslanov və Neftçilər stansiyasının çıxışını buna misal göstərmək olar. Burda meyvə-tərəvəzdən tutmuş, paltarlara kimi məhsulların satıldığını görmək olar.
İnsanlar isə yaranan bu mənzərənin həm yolu keçmək üçün çətinlik yaratdığını, həm də gigiyenik qaydalara uyğun olmadığını deyirlər. Xüsusilə də mövsümü meyvə və tərəvəzlərin bu il bol olması küçə ticarəti ilə məşğul olanlarının sayını artırıb. Satıcılar isə bu iradlarla razılaşmır. Onlar bazarlardansa bu yerlərin alıcılara daha çox sərf etdiyini deyir.
Bakı Şəhər İcra Hakimiyyətinin Ticarət Departamentindən də etiraf edirlər ki, son zamanlar küçə ticarəti ilə məşğul olanların sayı ciddi şəkildə artıb. Qanunla qadağan olan küçə ticarətinə qarşı mütəmadi reydlər aparılır və belə şəxslər 80 manat cərimə edilir.
Emtv.az