SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Şaftalı, əriyin kilosu 12 manat – Ucuz bazarda baha qiymətlər (VİDEO)

10-05-2017, 11:49 | Oxunub: 14 878 |

Şaftalı, əriyin kilosu 12 manat – Ucuz bazarda baha qiymətlər (VİDEO)
Havalar isindikcə yazlıq meyvə-tərəvəzlər də yavaş-yavaş bazarlara çıxarılmağa başlayıb. Bakı bazarlarında mövsümi meyvələrdən çiyələk və alça, tərəvəzlərdən isə xiyar, kök, kartof və turp gözə dəyir.

Nübarlıq meyvə və tərəvəzlərin qiyməti ilə maraqlanmaq üçün üz tutduq paytaxtın “8-ci kilometr bazarı”na.

Həftəiçi olmasına baxmayaraq, burda alıcı bolluğu yaşanırdı. Qiymətlər isə paytaxtın digər bazarlarından az da olsa, fərqlənirdi.

Buna baxmayaraq, alıcılar bahalıqdan şikayətlənir.

Bazarda səliqə ilə düzülən bu meyvələrin yanından etinasız keçmək olmurdu.

Müşahidələrimiz göstərdi ki, yazlıq meyvə-tərəvəzlərin qiymətləri bahadır. Pomidorun kiloqramı 4 manatdır. Bakı və Qazax pomidorunun qiymətləri eynidir. Xiyarın kiloqramı 1.50-2 manat arasında dəyişir. Yaşıl lobya 3 manat, yerli badımcanın kiloqramı 3 manat, Türkiyə məhsulu isə 2 manatdan satılır.

Qara üzüm yarpağının kiloqramı 3 manata, ağ üzüm 2 manata təklif olunur. Göyərtinin 6 dəstəsi 1 manat, qırmızı turpun kiloqramı 1 manat, kahının 1 dəstəsi 20 qəpik, Zirə pomidorunun qiyməti 1.70 qəpik, xiyar 1,20-1.50 qəpik, Ağdam soğanı 70 qəpik-1 manat, təzə kartofun kiloqramı 1.50-2 manat arasında dəyişir.

Nübarlıq göycənin kiloqramı 5 manat, çiyələyin qablaşdırılmış 200 qramı 2 manat, kiloqramı 5-6 manat arasında dəyişir, şaftalı və əriyin kiloqramı isə 12 manatdan satılır. Bananın kiloqramı 3 manat, almaların kiloqramı 1-2 manat arasında dəyişir.

Satıcıların sözlərinə görə, bazarda yerli məhsullar artdıqca, qiymətlər də enəcək. Onlar nübar meyvələrin alıcılarının daha çox uşaqlar və hamilə qadınlar olduğunu bildirirlər: “Yaşıl bibər 3.50 qəpik, rəngli bibərlər 4 manat, acı bibərin kiloqramı 3 manat, lobya 3 manat, sarımsaq 8 manat, tərəvəzlərdən daha çox pomidor baha satılır. O da havalarla bağlıdır. Havalar isindikcə yazlıq meyvələrin qiyməti demək olar ki, yarıbayarı azalacaq. İndi çiyələk 5 manatdan satılır, mayın 15-dən sonra çiyələk və digər meyvələrin də qiyməti stabilləşəcək”.

Kənd toyuqlarının kiloqramı 4 manatdan təklif olunur: “Quzu əti satırıq. Bizdə mal əti olmur. Bərdədən gətirmişəm. Öz təsərrüfatımdandır. Kiloqramı 7.50. Bundan baha qiymətə ət satmamışam”.

Mütəxəssislər iyunda albalı, alça, ərik, şaftalı, tut, təzə kartof, təzə paxla, göy noxud, bibər, pomidor, xiyar, kol paxlası, iyul ayında ərik, şaftalı, yemiş, sarı alça, qarpız, gilas, təzə paxla, badımcan, bolqar bibəri, avqust ayında isə yemiş, armud, şaftalı, albalı, böyürtkən, əncir, üzüm, bibər, balqabaq, qarğıdalı yeməyi daha məqsədəuyğun hesab edir.

Hazırda satışda olan və plastik qablarda saxlanılan meyvələr bizim sağlamlığımız üçün ciddi təhlükə mənbəyi hesab edilir. Məsələn, ərik dərildikdən sonra üç-beş gündən artıq qalmamalıdır.

Vaxtından tez bazarda yer alan məhsullar isə əsasən xaricdən idxal edilən və istixanalarda yetişdirilən məhsullardır. Bu səbəbdən onlardan istifadə zamanı müxtəlif xəstəliklərin, zəhərlənmə hallarının ola biləcəyi istisna edilmir.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR