SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

“MTN-nin vəsiqəsini göstərib dedi, başınıza oyun açacam” – Qadın şirkət rəhbəri

16-06-2017, 13:19 | Oxunub: 6 073 |

“MTN-nin vəsiqəsini göstərib dedi, başınıza oyun açacam” – Qadın şirkət rəhbəri
Dələduzluqda təqsirləndirilən “Topstap LTD” MMC-nin təsisçisi Mətanət Həsənovanın cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Şahid qismində Məhəmməd Əhmədov bildirib ki, onun özünə 1000 manat ziyan dəyib: “Pulu “Caspian plaza”dakı ofislərində verdim. Guya məni işə düzəldəcəkdilər. Sonra da dedilər ki, Qazaxıstana gedəcəksən. Gah gəmi, gah da təyyarə ilə yola salacaqdılar. Amma gedib çıxa bilmədik. Sonra yoxa çıxdılar. Telefonlarına zəng çatmadı. Pul da batdı. Aylar sonra polisdən zəng elədilər. İndi ümid edirəm ki, pulum qaytarılacaq”.

Şahid Anar Əliyev özü qeyd edilən MMC vasitəsi ilə işə düzəlib, lakin sonra da tanışlarını işə düzəltmək istəyib: “Özüm 700 manat verib sürücü kimi işə düzəldim. Aylıq 600 manat maaş alırdım. Sonra dostlarımı işə düzəltmək istədim. Onların bəzilərindən pul alıb MMC-yə verdim. Amma onlara iş verilmədi. Buna görə də Mətanətlə aramızda mübahisə yarandı. Bizdən qaçırdı, pulu vermirdi. Camaat da pulu məndən istəyirdi. Bir gün yolda Mətanəti tutduq. Maşınından düşürüb açarı aldıq. Atası gəldi, polisə zəng elədilər. Biz də şikayətimizi etdik”.

Məhkəmədə o da məlum olub ki, qeyd edilən hadisə zamanı Mətanət Həsənovanın qardaşını döyən və onlara fiziki güc tətbiq edənlərdən biri həqiqətən də ləğv edilmiş MTN-nin işçisi olub. Onun məhkəməyə gətirilməsi ilə bağlı qərar qəbul edilib.

Şahid Anar Əliyev barəsində də cinayət işi açılıb. O, bir neçə nəfərin pulunu alaraq işə düzəltmək vədi verməkdə təqsirli bilinir.

Təqsirləndirilən Mətanət Həsənova Anar Əliyevdən şikayətçi olduğunu və şirkət adından bir çox şəxsdən pul aldığını deyib: “Bunlar qrup şəklində camaatdan pul alıb. Amma şirkətə verilməyib. Yolda da maşınımızın qabağını kəsdilər. Qardaşıma da sillə vurub, döydülər. Yanlarında olan bir nəfər MTN vəsiqəsi göstərdi. Dedi “sizin başınıza oyun açacam”. Sonra atam gəldi, polis çağırdıq”.

Hakim Anar Əliyevə bu əməlinə görə xəbərdarlıq edib və hüquqi qiymət veriləcəyini deyib.


Məhkəmənin növbəti iclası iyunun 20-nə təyin edilib.

Qeyd edək ki, “Topstap LTD” MMC-nin təsisçisi M.Həsənova 2015-ci ilin noyabrından 2016-cı ilin mart ayınadək olan müddətdə ayrı-ayrı vətəndaşları adıçəkilən cəmiyyətin nəzdindəki tədris mərkəzinə işə düzəltmək adı ilə aldadaraq onların xeyli miqdarda pullarını dələduzluq yolu ilə ələ keçirib.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin (CM) 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddələri ilə cinayət işi başlanıb və o, şübhəli şəxs qismində tutulub.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR