SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

"Polkovnik"in villasına həbs qoyuldu

1-05-2017, 10:46 | Oxunub: 7 207 |

"Polkovnik"in villasına həbs qoyuldu
Özünü Fövqəladə Hallar Nazirliyinin (FHN) polkovniki kimi təqdim edərək, onlarla vətəndaşdan işə düzəltmək adı ilə külli miqdarda pul alan şəxsin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən məhkəmə prosesində zərərçəkmişlər vəsatətlə çıxış edərək Əlövsət Məhərrəmovun villasına həbs qoyulmasını istəyiblər. Ə.Məhərrəmova işə düzəlmək adı ilə 8-12 min manat arasında pul verən zərərçəkmişlər dəymiş zərərin ödənilmədiyini və həmin villaya həbs qoyulmasını tələb ediblər.

Məhkəmə vəsatəti müşavirədə müzakirə edərək qərarı elan edib. Məhkəmənin qərarı ilə Əlövsət Məhərrəmovun Novxanıda olan villasına həbs qoyulub. Məhkəmədə məlum olub ki, həmin ev Əlövsət Məhərrəmovun oğlunun adınadır. Zərərçəkmişlər deyir ki, Əlövsət Məhhərrəmov evi onlardan aldığı pulla tikib. Amma təqdirləndirilən şəxs buna etiraz edib.
Hakim Əlövsət Məhərrəmova xatırladıb: “Siz istintaqda demisiniz ki, əldə etdiyimiz pullarla həmin evi tikmisiniz. İndi niyə bunu inkar edirsiniz?”

Əlövsət Məhərrəmov belə bir ifadə vermədiyini deyərkən zərərçəkmişlər etiraz edərək ondan soruşublar: “Bəs bu qədər pulu haradan almışdınız?”

Məhkəmə prosesində maraqlı hadisə baş verib. Zərərçəkmişlərdən Validə Quliyeva çantasından yaylıq çıxarıb. O, yaylığı Əlövsət Məhərrəmova uzadaraq deyib: “Əgər sən mənim pulumu qaytarmırsansa, al bu yaylığı başına bağla… Sən də mənim kimi arvad ol. Belə kişi kimi gəzərlər? Papağı başına niyə qoyubsan?”

Hakim təqsirləndirilən şəxsi təhqir etdiyi üçün Validə Quliyevaya xəbərdarlıq edərək növbəti belə hərəkətə yol verərsə, məhkəmə zalından çıxarılacağını söyləyib.

Növbəti məhkəmə prosesi mayın 15-nə təyin edilib. İş üzrə şahid olan şəxslər məhkəməyə məcburi gətiriləcək.
Bildirək ki, 2015-ci ilin fevral ayında həbs edilən Əlövsət Məhərrəmov özünü FHN polkovniki kimi təqdim etsə də, o, əslində “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Dəmir Yolu Qovşağı Mülki Müdafiə Qərargahının rəisi vəzifəsində çalışıb. Onun həbsindən sonra “Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyinin göstərişi ilə adıçəkilən qərargah ləğv edilib.


Onun vətəndaşları aldatması halları isə 2014-cü ilin sonlarında edilən çoxsaylı şikayətlərdən sonra məlum olub. Ə.Məhərrəmov ötən ilin fevralında həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Nəsimi Rayon Məhkəməsində Ə.Məhərrəmov barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sonradan həbs-qətimkan tədbirinin müddəti uzadılıb. Bu iş üzrə zərərçəkmişlərin sayının 90 nəfərə yaxın olduğu bildirilir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR