18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Azərbaycanda daha 25-30 kredit ittifaqı bağlana bilər
Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) Maliyyə Bazarlarına Nəzarət Palatasının daha 19 kredit ittifaqının lisenziyasını məcburi, 2 kredit ittifaqının lisenziyasını isə könüllü qaydada ləğv etməsinə münasibət bildirib.
Emtv.az xəbər verir ki, qurumun İdarə Heyətinin sədri Cəlil Süleymanov report-a bildirib ki, kredit ittifaqlarının bazardan kənarlaşdırılması gözlənilən idi: “Bağlanmış ittifaqlar maliyyə çətinliyi yaşayırdı, buna görə də nə normal fəaliyyət göstərirdilər, nə də Palataya vaxtında hesabat verirdilər.
Azərbaycanda ittifaqlara, əsasən, 3 qurumdan vəsait ayrılıb - Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətindən, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan və Məcburi Köçkünlərin Sosial İnkişaf Fondundan. İndi isə həmin təşkilatlar bütün ittifaqlara pul vermir. Bu isə ittifaqların bir qisminin dayanıqlı fəaliyyətini qeyri-mümkün edib və lisenziyalarının ləğv olunmasına gətirib-çıxarıb”.
AKİA sədrinin fikrincə, Azərbaycanda daha 25-30 kredit ittifaqını lisenziyadan məhrum edilmə təhlükəsi gözləyir: “Hesab edirəm ki, bazarda təxminən 50 kredit ittifaqı qalacaq”.
Xatırladaq ki, MBNP-nin Direktorlar Şurasının qərarına əsasən, “Ağammədli”, “Ağdaş”, “Aqrovest”, ”Balıqçı”, “Bənövşə”, “Buta”, “Fəqan”, “Fidan”, “Girdiman”, “İnkişaf”, “Meridian”, “Mikrokredit”, “Muxax”, “Nihat”, “Qarabağ-2010”, “Şəmkir”, “Şəmkir Aqro”, “Zərqova”, “Ziya” kredit ittifaqlarına verilmiş lisenziyalar ləğv olunub. Bundan başqa, öz müraciətləri əsasında “A.F.S” və “KİV nümayəndələri” kredit ittifaqlarına verilmiş lisenziyalar da ləğv edilib.
Bu ilin əvvəlində isə Palata 12 kredit ittifaqının - "Arzu”, “Azəriinvest”, “Cənub”, “Ceyhun”, “Compass”, “F.A.S.”, “Həkəri”, “Kredo-İnvest”, “Real”, “Tərəkəmə”, “Tural” və “Yardımlı” kredit ittifaqlarını bazardan kənarlaşdırılıb. Beləliklə, kredit ittifaqlarının sayı 2017-ci ildə 33 vahid azalaraq 77-yə düşüb.
Emtv.az