18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Azərsu” dövlət qurumlarına ismarıc göndərdi: “Ehtimallardan danışmasınlar, bizim suyumuz təmizdir”
Sumqayıtda kiçikyaşlı uşaqlar arasında yayılan zəhərlənmə olayı gündəmin mövzusu olaraq qalır.
2-7 yaş arası olan uşaqlar arasında kütləvi zəhərlənmə ilə bağlı dövlət qurumları müxətlif açıqlamalar verilsə də virusun yayılma yolu haqda konkret rəy verilmir. Həmçinin, dövlət qurumlarının birmənalı cavabı yoxdur. Belə ki, Ceyranbatan qəsəbəsində yaşayan 119 uşağın zəhərlənməsinin rotavirus infeksiyasından baş verdiyi təsdiqlənsə də, bunun uşaqların orqanizminə hansı yolla düşməsi müəmma olaraq qalır.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova mətbuata verdiyi açıqlamasında bildirib ki, qan analizləri nəticəsində uşaqlarda rotavirus infeksiyası aşkar edilib. Eləcə də Nazirliyin Gigiyena və Epidemiologiya Mərkəzi rotavirusun zəhərlənən uşaqların bədəninə su ilə düşməsini ehtimal edir. Mərkəz rəsmisi İmran Abdullayev açıqlamalarında bilridib ki, xəstələrin evlərində sorğular aparıblar, qəbul etdikləri qidalarla maraqlanıblar. Hamısı rotavirusun sudan yayılması ehtimalının üzərində dayanır.
Səhiyyə Nazirliyinin Sanitar-Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov da mətbuata açıqlamasında qeyd edib ki, rotovirusun əsas yayılma mənbəyi çiy sudur:
“İlk növbədə suya çirkli ərzaq məhsullarının qatılması, sanitar-gigiyenik şəraiti olan ünvanlar bu infeksiyanı yayır”.
“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı mətbuata açıqlamasında rotavirusun su ilə yayılmasını təsdiqləsə də, suyun tərkibində hər hansı dəyişikliyin baş vermədiyini deyib:
“Bizim suyumuz tərtəmizdir və onun tərkibinə heç nə qatılmayıb. Rotovirusun yaranma ehtimallarından biri də sudur. Rotovirus çirkli əllər deməkdir. O, yoluxucu xəstəlikdir, qrip kimidir. Yəni, bağırsaq infeksiyasıdır. Həmin Sumqayıta verdiyimiz sudan Bakıya da veririk. O zaman sual verirəm, bu viris Bakıda niyə yoxdur? Mən dəfələrlə demişəm, indi də deyirəm. Ehtimallardan danışmasınlar, bizim suyumuz təmizdir”.
Emtv.az