18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
DƏHŞƏT! Ziya Məmmədovun oğlu körpə uşaqları zəhərlədi
KFC restoranında niyə azyaşlı uşaqlar zəhərlənir?
Xəbər verdiyimiz kimi, Bakıda “KFC” restoranlar şəbəkəsinə məxsus kafedə 3 azyaşlı uşaq zəhərlənib. Bu barədə mediaya uşaqların valideynləri məlumat veriblər. Onlar bildirirlər ki, sentyabrın 14-də günorta saatlarında uşaqları “28 May” metrosu yaxınlığında yerləşən “KFC”-də yemək yeyiblər. Axşam hər 3 uşağın vəziyyəti pisləşib. Sentyabrın 15-də səhər saatlarında uşaqlar təcili tibbi yardımla xəstəxanaya aparılıblar. Onların vəziyyəti ağırdır.
Qeyd edək ki, Emtv.az saytı KFC restoranlar şəbəkəsinin baş ofisi ilə əlaqə saxlayıb. Şirkətdən bildirilib ki, uşaqların KFC-dəki qidadan zəhərlənmələri ilə bağlı məlumatlıdırlar: “Zəhərlənmə xəbəri düzdür, amma bu barədə əlavə məlumat verə bilmərik. Yaxın vaxtda açıqlama yayacağıq”.
AFN.az olaraq KFC-dəki olayı araşdırarkən maraqlı faktların şahidi olduq. Məlum oldu ki, dünyada tanınan bu şəbəkəni Azərbaycana Ziya Məmmədovun oğlu Anar Məmmədovun “Qarant Holdinq”inə məxsus olan AFK şirkəti gətirib.
Şirkətin saytında bildirilir: “AFK şirkəti may ayının 18-i 2010-cu il tarixində Azərbaycanda biznesin inkişafı və dəstəyi məqsədi ilə ictimai qida sahəsində müxtəlif layihələrin həyata keçirilməsi üçün yaradılmışdır. Bizim ilk və böyük layihəmiz KFC restoran şəbəkəsidir.”
Araşdırmalarımız zamanı onu da öyrənə bildik ki, KFC-ni quş əti ilə “Qarant Holdinq”in tərkibində olan “Ucar aqro” MMC-nin tərkibində yaradılmış “Quş əti və emalı müəssisəsi” təmin edir.
Saytında göstərilən məlumata görə, hazırda KFC-nin Bakıda 7 kafesi fəaliyyət göstərir. Menyüsü müxtəlifdir. Əsas menyünü toyuq əti təşkil edir.
AFN.AZ olaraq KFC-nin rəhbərliyində təmsil olunan Əli adlı şəxslə əlaqə saxlayıb zəhərlənmə məsələsinə aydınlıq gətirməyə çalışdıq. Restoran direktoru sualımızı sualla qarşıladı:
“Siz heç maraqlanmısız ki, uşaqlar harada zəhərlənib, hansı xəstəxanada müalicə alıblar?” Xəbəri yalanlamağa çalışan Əli bəy təəssüf ki, suallarımızı sonacan dinləməmədi.
Uşaqların valideynləri isə bizimlə söhbətdə bildirdilər ki,
KFC-də zəhərlənən uşaqlar hal-hazırda 1 saylı şəhər uşaq xəstəxananın reanimasiya şöbəsində müalicə olunurlar. KFC-də zəhərlənən uşaqlar ciddi həkim nəzarətində saxlanılırlar. Həkimlərin səyi nəticəsində uşaqlar bu gün həyatdadırlar.
Onu da qeyd etdilər ki, İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqların Müdafiəsi Dövlət Xidmətinə həmçinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi müraciət ediblər lakin hələ ki, heç bir tədbir görülməyib.
Xəstəxanadan uşaqların müalicəsi ilə bağlı Rəna xanım bildirdi ki, uşaqlara lazımi tibbi yardım göstərilir və müalicə olunurlar.
Bütün bunlardan da göründüyü kimi, dünya brendi olan KFC Azərbaycanda iş prinsipi ancaq pul qazanmaqdır. KFC-də keyfiyyətsiz qida, müştəri məmnuniyyətinə etinasızlıq və məsuliyyətsizlik adi hala çevrilib.
Təqdim etdiyimiz 1-ci və 2-ci foto KFC-nin “ParkBulvar”dakı kafesinin açılışı mərasimində çəkilib. Göründüyü kimi, mərasim kifayət qədər təmtəraqla həyata keçirilib, cəlbedicilik üçün nə lazımsa edilib.
3-cü foto KFC-nin “28 May”dakı kafesinin açılışındandır. Hansı ki, yuxarıda qeyd edilən azyaşlılar həmin kafedə qidalanmadan zəhərləniblər. Açılış mərasimində KFC-nin layihə direktoru Zaur Məmmədov, AFK MMC-nin baş direktoru Yalçın Namazov iştirak edib. Bu mərasimdə də səs-küylü təqdimat olub, müştərilər üçün şirin vədlər verilib.
P.S. Yazı dərc olunmazdan əvvəl redaksiyamıza KFC-nin nazir oğlu Anar Məmmədovdan alınması ilə bağlı məlumat daxil oldu. Hazırda xəbərin dəqiqləşdirilməsinə çalışırıq. Lakin fakt odur ki, KFC-ni Azərbaycana gətirən AFK nazir oğlu Anar Məmmədovun “Qarant Holdinq”inin saytında holdinqə daxil olan şirkət kimi göstərilir.
P.P.S. Mövzu ilə bağlı araşdırmalarımız davam edir.