18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
Xoşqədəm qarğış etdi: "Ana-bacı bilməyən..."
Aparıcı Xoşqədəm Hidayətqızı İnstaqramın canlı yayım xidmətindən istifadə edib.
Emtv.az-ın axşam.az-a istinadən məlumatına görə, aparıcı əvvəlcə öz fəaliyyətindən söz açıb. X.Hidayətqızı Azərbaycanda nömrə bir aparıcı olduğunu deyib:
“Nömrə bir kanalda çalışıram. Nömrə bir aparıcıyam. Verilişim də bir nömrədir”.
Səhər-səhər izləyicilərinə pozitiv ötürmək üçün canlı yayıma girdiyini deyən aparıcı daha sonra izləyiciləri ilə dalaşmağa başlayıb. O, ona qarğış edən bir izləyicisinin ünvanına təhqirlər səsləndirib:
“Nurlan, Ruslan və Sevda, İnquşetiyada olanların dərdi, səri, ağrısı, xəstəliyi varsa, sizin ürəyinizə olsun. Adama öz dilində cavab vermək gözəldir? Nə edim, bəzi insanlar var ki, onlar mənim dilimdə yox, öz dillərində başa düşürlər. Onlara sözlə birini vurmaq lazımdır ki, ağılları başlarına gəlsin. Məni sevənlərin də ağrı-acısı onlara getsin. Niyə sülənirsiniz səhifəmdə? Səni göndərdim Sumqayıtda olan itlərin yanına. Canlı yayımı dualarımla açdım. Amma bir səviyyəsiz, ana, qız, bacı bilməyən biri qarğış yazdı. Mən də dediklərini ona qaytardım. Hamıya da məsləhət görürəm ki, səviyyəsizə öz dilində cavab verin. Allah pis insanların qarşısına qəlbindəkini çıxarsın. Orucluyam, İnşallah, dualarım qəbul olar. Heç kimin qarşısından qaçmayın, hüquqlarınızı bilin. Əvvəl belə deyildim, amma indi fikirləşirəm ki, belə etmək lazımdır. Kimin haqqı var qarğış edib, təhqir etsin? Onun səviyyəsinə düşmürəm, onu yerində otuzdururam".
Emtv.az