SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Xatirədən Zaura sərt sözlər - "Özünə hörmət elə”

17-04-2017, 09:49 | Oxunub: 16 903 |

Xatirədən Zaura sərt sözlər - "Özünə hörmət elə”
“Zaurun verilişinə getmişdim. Qrim otağında bacıma dedim ki, gör məndən sarımsaq qoxusu gəlir? İkimiz də yemişdik, üstündən çox keçmişdi. Bacım da dedi ki, yox, heç bir qoxu gəlmir”.

Emtv.az xəbər verir ki, bu sözləri qafqazinfo-ya açıqlamasında Xatirə İslam deyib. Müğənni sarımsaq yeyərək efirə çıxmasına görə aparıcı Zaur Kamalın onu ələ salmasına sərt reaksiya verib.

Xatirə deyib ki, o, Abbas Bağırova görə canlı yayımı tərk etməyib:

“Sən demə, Zaur öz telefonuna baxa-baxa bizə qulaq asırmış. Qrim otağında mənə heç nə demədi. Canlı efir başlayan kimi söz atmağa başladı. Bir-iki dəfə demək olar. Amma hər dəfə canlı efirdə təkrarlamaq nə deməkdir? Bu günə kimi mənim heç kimlə problemim olmayıb. İcazə verməmişəm ki, kimsə məni belə ələ salsın. Özümü o səviyyəyə salmamışam. Ömrümdə belə şeylər görməmişəm. Gördüm ki, Zaur çox dərinliyə gedir. Fikirləşirəm ki, ona cavab verim, ya yox? Allah səbrli insanları sevir. Düşündüm ki, onun cavabını verərəm, evdəkilər də məni tənbeh edər ki, sənə nə oldu?

Özümə təsəlli etdim, dostumdur, cavab verməyim. Verilişdə ən yaxın dostum Abbas Bağırovla qonağam. 18 ildir ki, biz dostluq edirik. Əvvəlcədən onla da danışmışdıq. Birinci səhnəyə mən çıxdım. Sarımsaq məsələsini danışdı, mahnı oxudum. Məndən sonra Abbas gələcəkdi. Mahnı oxuya-oxuya düşündüm ki, efirdən çıxıb gedim, qabağımı Abbas kəsdi. Ona qarşı hörmətsizlik etmək istəmədim. Dişimi bağırsağıma sıxıb əyləşdim. Təsəvvür edin ki, mən instaqramda paylaşım etmək məcburiyyətində qaldım. Dünən onun verilişində bir qonaq olub. Qayıdıb ona deyib ki, sən də sarımsaq yemisən? Deməli, Zaur öz aləmində məni ələ salır.

Səndən neçə illərdir iylər gəlir, mən heç demirəm. Yeri gələndə sarımsağın iyi bir saatlıq şeydir. Sən buna dözə bilmirsənsə, illərdir camaat sənin iyinə necə dözsün? Sən mənim dostum-tanışımsansa, niyə belə dərinə gedirsən? Kimsə məndən dərininə zarafat edər, həyatımın qalan hissəsini ona həsr edərəm. Yəni, məcazi mənada deyirəm, ölənə kimi o adamla məşğul olaram. Məni heç kim ələ sala bilməz. Olmaz belə, kənarda dost deyirsən, efirə çıxanda tamam başqa insan olursan. Özünə hörmət elə”.


Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR