SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Deputat bazarın müsadirə olunmasına haqq qazandırdı

13-06-2017, 12:18 | Oxunub: 4 417 |

Deputat bazarın müsadirə olunmasına haqq qazandırdı
“Bu gün Bakıda kimsə 60-70 min manata bazar alır, hansı ki, onun qiyməti milyonlarla manata ölçülür. İndi o bazar onu alan şəxsin əlindən alınıb müsadirə edilməməlidir? Təbii ki, müsadirə olunmalıdır”.

Emtv.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev Milli Məclisin növbədənkənar sessiyasında Cinayət Məcəlləsinə dəyişikliklərin müzakirəsi zamanı deyib. Deputat bildirib ki, bu gün Bakıda məhkəmələr gedir və biz də bəzi obyektlərin və mülklərin hansı qiymətə alındığının şahidi oluruq.

“Hansısa bazar dəyərindən dəfələrlə ucuz qiymətə – 60-70 min manata alınıb. Ancaq bunun real qiyməti haradasa 10 milyon manat civarında olub. Bu müsadirə olunmalıdır. Ancaq bununla belə, mülk müsadirə edilən zaman vətəndaşa dəyən ziyan da kompensasiya edilməlidir və qanunda bu da öz əksini tapıb”.

Q.Həsənquliyev onu da əlavə edib ki, burada vətəndaşlar da ayıq olmalıdır. “Bilməlidir ki, haradan və hansı mülk alır. Baha yerdən ucuz qiymətə mülk alanda sonda hansı problemlərlə üzləşəcək”.

Deputat bildirib ki, bu gün bəzi dövlət obyektləri simvolik olaraq 1 dollara da sahibkara satılır.

“Bunlar ona görə edilir ki, həmin obyektə sərmayə yatırılacaq. Ona görə də Məcəllədə nəzərdə tutulan dəyişiklik tamamilə doğrudur və yerində olan dəyişiklikdir. Bir daha təkrar edirəm ki, vətəndaş mülk alanda aldığı mülkün real qiymətini əvvəlcədən bilməlidir ki, sonda hər hansı problemlə üzləşməsin”.

Deputat Fazil Mustafa isə qeyd edib ki, məcəllədə nəzərdə tutulan dəyişiklik müəyyən mənada vətəndaşların hüquqlarının pozulmasına gətirib çıxaracaq.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR