SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

ZIYA MƏMMƏDOVUN ADI BEYNƏLXALQ RÜŞVƏT QALMAQALINDA – Həbs təhlükəsi

12-06-2017, 11:59 | Oxunub: 7 291 |

ZIYA MƏMMƏDOVUN ADI BEYNƏLXALQ RÜŞVƏT QALMAQALINDA – Həbs təhlükəsi
Fevralın 13-də prezident İlham Əliyevin sərəncamı ilə Nəqliyyat Nazirliyinin ləğvindən sonra həm Ziya Məmmədov, həm onun müavini Arif Əsgərov hakim komandadan uzaqlaşdırıldı. Nəqliyyat nazirinin digər müavini Musa Pənahov birləşdirilmiş Rabitə, İnformasiya Texnologiyaları və Nəqliyyat Nazirliyində müavin statusunu qoruduğu halda Z.Məmmədovla A.Əsgərovun sıradan bir vəzifəyə təyinat almamalarının səbəbi haqda hər gün yeni məlumatlar üzə çıxır.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədri A.Əsgərovun fəaliyyət göstərdiyi 6 il ərzində (2009-2015) ölkəmizin dəmir yolu təsərrüfatını bərbad hala salmasına, külli miqdarda yeyintilərə yol verməsinə baxmayaraq 2015-ci ildə Z.Məmmədov onu özünə müavin təyin etdirərək qorudu. Doğrudur, hələ o zaman belə iddialar da vardı ki, A. Əsgərov naziri şantaj edərək, üzə çıxan 48 milyonluq yeyintini təkbaşına etmədiyini və həbs olunacağı təqdirdə onu da “özü ilə aparacağını” dediyi üçün nazir müavini statusu alıb.
A.Əsgərov o vaxt canını qurtara bilsə də, indi elə bil qalmaqalla üzləşib ki, həm sabiq nazir, həm onun ən yaxın adamı hətta real həbs təhlükəsi ilə üzləşiblər. Üstəlik, sabiq məmurların üzə çıxmış əməlləri ilə ölkəmizin bir neçə milyonluq iri layihələrdən kənarda qala biləcəyi müzakirə mövzusudur.

ZIYA MƏMMƏDOVUN ADI BEYNƏLXALQ RÜŞVƏT QALMAQALINDA – Həbs təhlükəsi

Belə ki, Dünya Bankı “Azərbaycan Dəmir Yolları” ASC ilə Kanadanın qlobal “Bombardier” şirkəti arasında 2013-cü ildə bağlanmış və Bakı-Böyük Kəsik dəmir yolunun siqnalizasiya sisteminin qurulmasına dair müqaviləni yoxlamağa başlayıb. Bu barədə Kanadanın “The Glob and Mail” qəzeti yazır ki, Dünya Bankının layihə ilə bağlı başlatdığı auditin məqsədi Kanada şirkəti ilə Azərbaycandan müqaviləni imzalayanlar arasında rüşvət sövdələşməsinə dair şübhələri aydınlaşdırmaqdır.(virtualaz.orğ). 340 milyon dollarlıq həmin müqavilənin 85 faizini Dünya Bankı maliyyələşdirib. İsveç hüquq-mühafizə orqanları artıq bu müqavilədən on milyonlarla dollarlıq “otkat” alındığını müəyyən edərək “Bombardier” şirkətinin yerli törəmə şirkətinin rəhbər şəxslərini həbs edib.
Həmin müqavilə imzalanarkən “Azərbaycan Dəmir Yolları” ASC Z.Məmmədovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyinin tərkibində idi, ASC-nin sədri vəzifəsini isə A.Əsgərov yerinə yetirirdi.


Xəbərdə bildirilir ki, əgər Dünya Bankı “Bombardier”lə sabiq məmurlar arasında hansısa korrupsiya sövdələşməsini aşkar edərsə, Kanada şirkəti Azərbaycan layihəsindən çıxarılacaq və bundan sonra Dünya Bankının maliyyələşdirdiyi hansısa layihədə iştirak edə bilməyəcək.
Dünya Bankı Azərbaycanda dəmir yollarının yenidən qurulması layihəsinin əsas kreditorudur.


Xatırladaq ki, Kanadanın qlobal miqyasda fəaliyyət göstərən “Bombardier” şirkətinin icraçı direktoru Pyer Boduen korrupsiya qalmaqallarına görə ötən ay vəzifəsindən istefa verib.
ZIYA MƏMMƏDOVUN ADI BEYNƏLXALQ RÜŞVƏT QALMAQALINDA – Həbs təhlükəsi

Dünya Bankından əvvəl İsveç hüquq-mühafizə orqanları bu işlə bağlı araşdırmanı iki ay əvvəl başlayıb. Müəyyən edilib ki, əslində sözügedən tenderə bir neçə başqa şirkət də qatılıbmış və onlar siqnalizasiya avadanlıqlarının təchizatı, quraşdırılması üçün daha aşağı qiymət təklif ediblərmiş. Lakin tenderi keçirənlər (yəni A.Əsgərovun rəhbərlik etdiyi QSC) “Bombardier”ə üstünlük verib.

Korrupsiya sövdələşməsi nəticəsində siqnalizasiya avadanlıqları əvvəlcə Londonda qeydiyyatdan keçmiş “Multiserv Overseas” şirkətinə satılıb, sonra həmin şirkət avadanlıqları 5.5 dəfə baha qiymətə “Azərbaycan Dəmir Yolları” ASC-ə satıb. Bu sövdələşmədən 80 milyon dollar “otkat” götürülüb, onun 56 milyon dolları Azərbaycan məmurlarına çatıb. “Multiserv Overseas” şirkəti isə Rusiya Dəmir Yollarının keçmiş rəhbəri Aleksandr Yakuninə bağlıdır və fəaliyyətinə onun oğlu rəhbərlik edir. Sövdələşmənin tərkib hissəsi olaraq siqnalizasiya sistemlərinin quraşdırılmasını “Bombardier”in Rusiya törəmə şirkəti həyata keçirib.
ZIYA MƏMMƏDOVUN ADI BEYNƏLXALQ RÜŞVƏT QALMAQALINDA – Həbs təhlükəsi

Bu korrupsiya qalmaqalı “Panama sənədləri”nin köməyi ilə araşdırmaçı jurnalistlər tərəfindən üzə çıxarılıb. Göründüyü kimi, A.Əsgərov-Z.Məmmədov və rusiyalı məmur “triosu” milyonlarla vəsait qazanaraq əslində dövlətə kələk gəliblər. Prokuror Tomas Forsberqin sözlərinə görə, təyyarə və dəmir yolu avadanlığı istehsal edən “Bombardier”in bir neçə əməkdaşı Azərbaycan rəsmilərilə gizli sövdələşmədə şübhəli bilinirlər.

İsveç prokuroru Tomas Forsberg bu qalmaqaldan danışarkən çox ilginc məlumat açıqlayıb. O deyib ki, məsələ beynəlxalq miqyaslıdır və antikorrupsiya işi üzrə bütün tərəflər (yəni Azərbaycan-“YM) əməkdaşlıq etməlidir.

İsveç prokurorluğunun dəlilləri əsasən, “Bombardier”in İsveçdəki ofisindən müsadirə edilmiş elektron məktublardan ibarətdir.ZIYA MƏMMƏDOVUN ADI BEYNƏLXALQ RÜŞVƏT QALMAQALINDA – Həbs təhlükəsi

Xəbərdə əsas narahatlıq doğuran, əlbəttə ki, Dünya Bankının araşdırması və Azərbaycan hökumətinə sanksiya verə biləcəyi ehtimalıdır. Söhbət korrupsiyaya bulaşmış bir şirkətdən getsə belə, müzakirə mövzusu maliyyədir. Azərbaycan 1992-ci ildən Dünya Bankının üzvüdür. Dünya Bankı indiyə qədər 55 layihənin həyata keçirilməsi üçün Azərbaycana 3 milyard dollardan artıq kreditin ayrılmasını təsdiqləyib. Hazırda 11 layihə həyata keçirilir. Z.Məmmədov və A.Əsgərovun “korrupsiya layihəsi” isə Azərbaycanın imicini Dünya Bankı kimi iri kreditorun nəzərində ciddi zədələyib.

Mətbuatda belə xəbərlər də var ki, beynəlxalq qalmaqalla bağlı A.Əsgərovun QSC-də sədr olduğu illəri əhatə edən yeni təhqiqata start verilib. Nə Z. Məmmədovun, nə də A.Əsgərovun müdaxilə edə bilməyəcəyi bu yoxlamalar isə onların sonunu gətirə bilər.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR