SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Deputat Azərbaycanın adı qarışan 56 milyonluq rüşvət qalmaqalından danışdı

18-03-2017, 13:02 | Oxunub: 8 334 |

Deputat Azərbaycanın adı qarışan 56 milyonluq rüşvət qalmaqalından danışdı
Vahid Əhmədov: “Azərbaycan Dəmir Yolları”nın keçmiş rəhbərliyi buna görə cavab verməlidir"


İsveç məhkəməsi Kanadanın beynəlxalq nəqliyyat infrastrukturu şirkəti olan “Bombardier”in bu ölkədəki törəmə şirkəti “Bombardier Transportattion”un əməkdaşı olan Rusiya vətəndaşını həbs edib. “Bombardier” şirkətinin bir neçə top-meneceri “Azərbaycan Dəmir Yolları” QSC ilə 2013-cü ildə bağlanmış müqaviləyə görə Azərbaycanın vəzifəli şəxslərinə 56 milyon dollar yeyinti ötürülməsinə dair sövdələşmədə iştirak ediblər.


Söhbət “Bombardier”lə Bakı-Böyük Kəsik dəmir yolu xəttinin siqnal sisteminin modernləşdirilməsi ilə bağlı 2013-cü ildə imzalanmış müqavilədən gedir. Müqaviləyə əsasən şirkət uzunluğu 503 km olan dəmir yolunda “İnterfilo 200" siqnal sistemlərini quraşdırmalıdır. İşlərə layihələndirmə, istehsal, çatdırılma, montaj, yoxlama və xətt üzrə ”İnterfilo 200" siqnal sisteminin istismara verilməsi daxildir.

Sistemin tətbiqi dörd mərhələdə həyata keçirilməlidir, prosesin özü isə tam olaraq 2017-ci ildə başa çatmalıdır. Müqavilə imzalanarkən “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat Nazirliyinin tərkibində idi və bu struktura Arif Əsgərov rəhbərlik edirdi. Artıq “Bombardier” şirkətinin əməkdaşının barəsində 2 həftəlik həbs-qətimkan tədbiri seçilib. Həbs olunan Yevgeni Pavlovdur. Onun vəkilləri bildiriblər ki, o və “Bombardier” şirkətinin bir neçə top-meneceri Azərbaycanla korrupsiya sövdələşməsində ittiham olunurlar. Böyük yeyinti faktlarını üzə çıxaran isə İsveçin SVT telekanalı, TT agentliyi və “Radio Canada”, habelə mütəşəkkil cinayətkarlıq və korrupsiya araşdırmaları üzrə jurnalistika Mərkəzi OCCRP-dir. Jurnalistlər aşkara çıxarıblar ki, “Bombardier” şirkəti ilə “Azərbaycan Dəmir Yolları” arasında bağlanmış müqaviləyə əsasən, 46 siqnal avadanlığı birbaşa Azərbaycana göndərilir, ancaq pullar Londonda qeydiyyatdan keçmiş, nə ofisi, nə ünvanı, nə telefon nömrəsi olmayan hansısa şirkətə köçürülür. Sövdələşməyə əsasən, siqnalizasiya avadanlıqlarının təchizatı iki ayrı müqavilə əsasənda həyata keçirilir. Birinci müqavilə üzrə “Bombardier” şirkəti tərəfindən “Ebilock-950" siqnalizasiya avadanlığı 126 milyon İsveç kronuna Londonda qeydiyyatdan keçmiş həmin "Multiserv Overseas" şirkətinə satılır, həmin şirkət isə avadanlığı bu dəfə 5,5 dəfə baha qiymətə, yaxud o vaxtkı məzənnə ilə 695 milyon krona və ya 104 milyon dollara Azərbaycana satır. İsveç prokurorluğu bildirir ki, Azərbaycan məmurları “Bombardier” şirkəti ilə bağlanmış müqavilədən bu fırıldaq mexanizm sayəsində “otkat” alıblar. İsveç hüquq-mühafizə orqanları diqqəti belə fakta yönəldir ki, 2013-cü ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin elan etdiyi həmin tenderə “Bombardier” şirkətindən başqa bir neçə şirkət də qatılmışdı və onlar xeyli aşağı qiymət təklif etmişdilər. Lakin müqavilə “Bombardier”lə bağlanıb. Həmçinin üzə çıxıb ki, müqavilə üzrə işlərin görülməsi zamanı 56 milyon dollar Azərbaycan məmurlarına ötürülüb.


Azərbaycan hüquq mühafizə orqanlarından bidiriblər ki, hələlik məsələ ilə bağlı İsveç Prokurorluğundan hər hansı bir sorğu daxil olmayıb.


Deputat Vahid Əhmədov isə yeni musavat-ın suallarını cavablandırarkən deyib ki, İsveç Prokurorluğunun “Azərbaycan Dəmir Yolları” QSC-nin adı hallanan cinayət işini araşdırması haqda məlumatlıdır: “İsveç Prokurorluğu bu məsələləri araşdırır. Yəqin araşdırmaların bir sonu olacaq, bir qərar veriləcək. Digər tərəfdən bu məsələ dünya mətbuatının diqqətindədir”.


V.Əhmədov bildirib ki, yaranmış durum Azərbaycanda tenderlər keçirilərkən qanunlara riayət olunmamasından qaynaqlanır: “Azərbaycanda faktiki olaraq tenderlər necə keçirilir, bunu hamımız bilirik. Tenderdə daha çox hansı dairələrlə yaxınlıq, əlaqə var, onlar qalib çıxırlar, üstünlük qazanırlar. Bir müddət əvvəl satınalmalar agentliyi ləğv olundu. Bu agentlik faktiki qanunun işlək olmasını təmin etmirdi. Hazırda bu səlahiyyətlər İqtisadi İnkişaf Nazirliyinə verilib. Belə halların təkrar edilməməsi üçün tender məsələləri xüsusi nəzarət altında olmalıdır. Maliyyə Nazirliyi tenderlərlə bağlı məsələləri izləməlidir. Xüsusi nəzarət olmalı, tenderlərin şəffaf keçirilməsi təmin edilməlidir. Bəzi adamlar var ki, qanunun yanından keçməyə, öz maraqlarını təmin etməyə yollar axtarır və çox vaxt da istəklərinə nail olurlar. Bu aradan qaldırılmalıdır”.


Millət vəkili deyib ki, bununla belə tenderlər zamanı yol verilən neqativ hallara görə həmin tenderi elan edən, keçirən təşkilat cavabdehlik daşıyır: “İsveç Prokurorluğu tenderdən əvvəl qeyri-qanuni ödəmələrin olduğunu üzə çıxarıbsa, "Azərbaycan Dəmir Yolları"nın rəhbərliyi də buna görə cavab verməlidir".

Emtv.az/L.Xubyarzadə

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR