SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Marketdəki qarşıdurma ilə bağlı “Riyad”dan açıqlama - “Mühafizəçilərə hücum olunub”

12-06-2017, 10:38 | Oxunub: 8 545 |

“Obyektin sahibi Xanməmmədov Azadxan Allahqulu oğlu arasında bağlanılan müqavilə hüquqi müstəvidə aparılıb”

Marketdəki qarşıdurma ilə bağlı “Riyad”dan açıqlama -  “Mühafizəçilərə hücum olunub”
“İyunun 8-də səhər saatlarında “Riyad” Mühafizə Xidmətinin 20-yə yaxın əməkdaşı Binəqədi rayonu 9-cu mikrayon, Mir Cəlal küç 1 d ünvanında yerləşən “Safastore” mağazasına hücum edərək əməkdaşları zor gücünə çölə çıxarmaqla bağlı yayılan informasiyalar tamamilə qeyri-obyektivdir və əsassız ittihamlardan ibarətdir.”

Emtv.az-ın məlumatına görə, bunları “Riyad” Mühafizə Xidmətinin mətbuat katibi Fuad Mədətov mətbuata açıqlamasında bildirib. O, qeyd edib ki, adıçəkilən mağazanın əsl (hüquqi) sahibi məhz Xanməmmədov Azadxan Allahqulu oğludur: “Əvvəla onu xüsusiylə diqqətinizə çatdırım ki, “Riyad” Mühafizə Xidməti fiziki və yaxud hüquqi şəxslə müqavilə imzalamazdan əvvəl mühafizə olunacaq daşınmaz əmlakın (obyektin) sənədlərinin qaydasında olmasını nəzərdən keçirir. O cümlədən adıçəkilən obyekt sahibi ilə bağlanılan müqavilə bu istiqamətdə həyata keçrirlib. Obyektin sahibi Xanməmmədov Azadxan Allahqulu oğlu arasında bağlanılan müqavilə hüquqi müstəvidə aparılıb. “Riyad” Mühafizə Xidməti ilə sahibkar arasında müqavilə 23 may 2017-ci il tarixində 1 illik müddətinə bağlanılıb. Müqavilədə mühafizə olunan ərazi isə Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon, Mir Cəlal küçəsi 1 d ünvanında yerləşən “Safastore” qeyri-yaşayış massivi göstərilib. Bu, belə olduğu təqdirdə, “Riyad” Mühafizə Xidmətinin əmkdaşları mühafizə etdiyi obyektin işçilərinə hücum etmiş olurlar və təbii ki, bu, məntiqsiz hesab olunur. Buradan da aydın görünür ki, ittihmlar əsassızdır.”

“Riyad” Mühafizə Xidmətinin mətbuat katibi onu da əlavə edib ki, əslində ziyan və zərər çəkən tərəf “Riyad” Mühafizə Xidmətinin əməkdaşlarıdır. Belə ki, mühafizəçilər deyil, əksinə mühafizəçilərə hücum olunub. Bunu da mətbuat katibi deyib: “Təxminən 20 ilə yaxındır fəaliyyət göstərən “Riyad” Mühafizə Xidməti bu günə qədər mühafizəçilərin iş prinsipinə xüsusi diqqət yetirir. Mühafizəçilər işə götürülməzdən əvvəl fiziki sağlamlığı və psixoloji durumu diqqətdə saxlanılır. Onlar həm tibbi dispanserlər, həm də “Riyad” Mühafizə Xidmətinin ekspertləri tərəfindən yoxlanılaraq işə götürülür. Mühafizəçilərin şəxsi iş qovluqlarında mütləq şəkildə ruhi-əsəb dispanserindən və narkoloji dispanserdən arayışları yer alır. Yəni mühafizəçilərimiz hər hansı təxribata, xaos olacaq vəziyyətə hazırlıqlı olurlar. Bununla da nəzərinizə çatdırmaq istəyiəm ki, baş verən hadisədə zərərkən sahibkarlar yanaşı, “Riyad” Mühafizə Xidmətinin əməkdaşları da var. Hücuma məruz qalan, təhqir olunan məhz mühafizəçilərimizdir. Çünki mühafizəçilər obyektə zərər dəyməsin və mülk sahibinin icazəsi olmadan onun mülkiyyətinə daxil olmaması məqsədiylə girişdə durmuşdular. Qarşı tərəf mühafizəçilərdən olan səddi keçə bilməyəcəyini bilərək, təxribata əl atıb və soyuq silahlardan istifadə edərək ilk hücum edən olublar. Mühafizəçilər də ancaq müdafiə xarakterli cavab veriblər. Birmənalı olaraq mühafizəçilər tərəfindən hadisə yerində olan Binəqədi rayon Polis İdarəsinin əməkdaşlarına qarşı güc tətbiq olunmayıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti də mətbuata açıqlmasında bildirib ki, hadisə zamanı polis əməkdaşlarından xəsarət alan olmayıb”.

Hazırda faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (xuliqanlıq – bir qrup şəxs tərəfindən törədildikdə) və 221.2.2-ci (xuliqanlıq – ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb, istintaq aparılır.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR