17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Abşeronda oğurluq edən şəxslər tutulub
Abşeronda silsilə oğurluqlar törədən şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən mətbuata verilən məlumata görə, Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən cinayətkarlıqla mübarizə, o cümlədən mülkiyyət əleyhinə olan oğurluq cinayətlərinin qarşının vaxtında alınması sahəsində növbəti uğurlu tədbir həyata keçirilib.
Gecə saatlarında Masazır qəsəbəsində yerləşən xüsusi texniki vasitələrlə qorunan marketlərdən birindən Baş Mühafizə İdarəsinin Kompüterləşdirilmiş Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. Dərhal Abşeron RMİ-nin xidmətdə olan tutucu qrupunun əməkdaşları hadisə yerinə çıxıb. Obyektə baxış zamanı mağazanın qapısının, həmçinin dəmir barmaqlıqlarının naməlum şəxslər tərəfindən sındırıldığı və oğurluğa cəhd olunduğu müəyyən edilib.
Həmin şəxslər hadisə yerindən qaçmaq istəyərkən mühafizə polisinin əməkdaşları tərəfindən saxlanılaraq Abşeron Rayon Polis İdarəsinə təhvil verilib.
Araşdırma zamanı oğurluğa cəhd göstərən şəxslər Laçın rayon sakini əvvəllər məhkum olunmuş Elxan İsayev və Ağdam rayon sakini Ceyhun Abbasov olması müəyyən edilib. Onlar ilkin ifadələrində Abşeron rayonu ərazisində 15 fərdi yaşayış evindən oğurluq etdiklərini də bildiriblər.
Göstərilən faktla bağlı araşdırmalar və zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Emtv.az