SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

Əmək müqaviləsi olmayan xeyli sayda vətəndaşın işə cəlb edilməsi halları aşkar edilib - Azərbaycanda

9-06-2017, 13:35 | Oxunub: 10 285 |

Əmək müqaviləsi olmayan xeyli sayda vətəndaşın işə cəlb edilməsi halları aşkar edilib - Azərbaycanda

Vergilər Nazirliyi tərəfindən Bakı şəhəri ərazisində keçirilmiş vergi nəzarəti tədbirləri zamanı qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək müqavilələri hüquqi qüvvəyə minmədən xeyli sayda vətəndaşın işlərə cəlb edilməsi faktlarını aşkarlayıb.
Emtv.az report-a istinadən xəbər verir ki, bu barədə Nazirliyin Media və Kommunikasiya Mərkəzindən bildiriblər.
Məlumata görə, iyunun 5-də fiziki şəxs Nəbiyev Toğrul Fuad oğlunun rəhbərlik etdiyi kompozit taxta sexində və “Vegaplast” MMC-yə məxsus istehsal sexində əmək münasibətləri sahəsində vergi nəzarəti tədbirləri keçirilib.


Nəzarət tədbirləri zamanı Toğrul Nəbiyevə məxsus, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı ŞTQ, 2-ci Mədən, ev 2 ünvanda yerləşən və “Tekoplast” əmtəə nişanı adı altında kompozit taxtalar, pvc lambirinlər, plintuslar, asma tavanlar istehsal edilən sexdə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 19 nəfər fiziki şəxsin hüquqi qüvvəyə minmiş əmək müqavilələrinin (kontraktının) olmadığı müəyyən edilib.
Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı ŞTQ, 2-ci Mədən, ev 2 ünvanda yerləşən, “Vegaplast” MMC-yə məxsus su boruları, dam örtükləri, izolyasiya panelləri istehsal edilən sexdə isə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 42 nəfər fiziki şəxsin hüquqi qüvvəyə minmiş əmək müqavilələrinin (kontraktının) olmadığı müəyyən edilib.


Əmək müqavilələri olmadan işçilərin geniş miqyasda işə cəlb edilməsi halları bundan əvvəl keçirilən nəzarət tədbirləri zamanı da aşkarlanmışdı. Məsələn, əvvəlki nəzarət tədbirləri zamanı hüquqi şəxs "DONQFANQ İNTERNATİON" MMC-yə məxsus, Abşeron rayonu, Maştağa qəsəbəsi, subtropik bağlar sovxozu ərazisində yerləşən və lambir istehsal edilən sexdə də oxşar hallar aşkarlanmışdı. Tədbir zamanı müəssisənin Çin əsilli rəhbərliyi yerli işçiləri anbarda gizlətməyə çalışsa da, buna müəssər olmamış, nəzarət tədbiri zamanı anbarda gizlənmiş, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 33 nəfər fiziki şəxsin hüquqi qüvvəyə minmiş əmək müqavilələrinin (kontraktının) olmadığı müəyyən edilib.
İşçilərdən alınmış izahatlardan aydın olub ki, həmin işçilərin bu sahədə bir neçə ay ərzində çalışdıqlarına baxmayaraq, onların heç biri ilə əmək müqaviləsinin (kontraktının) hüquqi qüvvəyə minməsi ilə bağlı sənədləşdirmə işləri aparılmayıb.
Faktla bağlı materiallara Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işinin başlanması məqsədilə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində baxılacaq.


Ümumilikdə, 2017-ci ilin ötən 5 ayı ərzində əmək müqavilələrinə nəzarət tədbirləri zamanı 261 vergi ödəyicisi üzrə 1965 nəfər əmək müqaviləsi olmayan işçi aşkar edilib, işəgötürənlərə 1,6 mln. manat maliyyə sanksiyası tətbiq edilməklə məsuliyyət qərarı çıxarılıb. Bu müddət ərzində "Ştutqart" (ehtiyat hissələri mağazaları), "Halal Tekstil", “Arm” (MADO restoranlar şəbəkəsi), "Altrade", "Təmiz Qida", "Salam Şirkətlər Qrupu" (Salam taksi) MMC kimi vergi ödəyicilərində də işçi sayının azaldılması halları aşkarlanaraq, onların barəsində məsuliyyət qərarı çıxarılıb.

Vergilər Nazirliyi bir daha xəbərdarlıq edir ki, işçilərin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının qarşısı gələcəkdə də qətiyyətlə alınacaq, intizamsız vergi ödəyicilərinə qarşı qanunvericilikdə nəzərdə tutulan ən sərt tədbirlər görüləcək.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR