SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

"Dəlilik kağızı" olan müəllimi işə kim götürüb? - Göyçayda

9-06-2017, 12:41 | Oxunub: 12 197 |

"Dəlilik kağızı" olan müəllimi işə kim götürüb? - Göyçayda

Ötən gün Göyçay şəhəri 5 nömrəli məktəbin müəllimi 5-ci sinif şagirdi Aysun Xasməmmədlini döyərək ona xəsarət yetirib. Valideynin şikayətinə cavab olaraq müəllim bildirib ki, onun dəlilik kağızı var.

Maraqlıdır, müəllimləri işə götürərkən, bü nüanslar necə diqqətdən qaçıb. Məsələyə aydınlıq gətirmək üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov mətbuata açıqlamasında ötən gün baş verən bu hadisənin araşdırma tələb etdiyini bildirərək, əsas sualımızı cavablandırmaqdan yayınıb.


Mətbuat katibi şagirdləri döyən müəllimlərlə bağlı heç bir statistikaya sahib olmadığını da bildirib. O qeyd edib ki, istənilən halda bu cür müəllimlər müxtəlif şəkildə cəzalandırılırlar. Baş verən hadisənin çəkisindən asılı olaraq, bu tədbirlər xəbərdarlıq, töhmət və işdən çıxarma çərçivəsində ola bilər: “Hadisənin hansı səbəbdən baş verməsi, olayın çəkisi də bu baxımdan önəm daşıyır”.

Məsələyə aydınlıq gətirmək üçün məktəblə də əlaqə saxladıq. Məktəbin direktor köməkçisi Telli Bəkirova yayılan məlumatın həqiqəti əks etdirmədiyini bildirib. O qeyd edib ki, şagirdlə müəllim arasında müəyyən konflikt yaşandığı üçün 5-ci sinif şagirdi Aysun söhbət çərçivəsində əsəbləşərək, mən dəliyəm, deyib. Bu zaman müəllim də sən dəlisən, mən səndən də dəliyəm, dəlilik kağızım var deyib: “Heç kimin dəlilik kağızı yoxdur. Onun dəlilik kağızı olsaydı, kim bu müəllimi işə götürərdi. Şagirdə də heç bir xəsarət yetirilməyib. Artıq iki tərəf arasında barışıq elan edilib”.

Bildirilib ki, yaranan konfliktə görə müəllimə heç bir töhmət verilməyib: “Müəllimin uşağa əli də dəyməyib”.

Təhsil eksperti Əjdər Ağayevin sözlərinə görə bu cür halların baş verməsi arzuolunmazdır:

“Hər bir müəllimin sağlamlıq kağızı var. Bu kağızda bütün həkimlərin rəyi yazılıb ki, müəllimin sağlamlığı hansı durumdadır. Hansısa həkimin sağlamlıqla bağlı rəyi yoxdursa, o müəllim işə götürülməməlidir. Müəllim həqiqətən də deyibsə ki, dəlilik kağızım var, onu nəinki məktəbə, ümumiyyətlə, təhsil ocağının yerləşdiyi əraziyə buraxmaq olmaz. Rayon təhsil şöbəsi, o cümlədən məktəb rəhbərliyi bu məsələyə xüsusi diqqət ayırmalıdır”.

Eskpertin sözlərinə görə nevropotoloqlar işə qəbul üçün müayinədən keçən müəllimlərin psixi, psixoloji durumlarına nəzarət etməlidir: “Həkim yazmalıdır ki, həmin müəllimin əsəb sistemi qaydasındadır, ya yox. Görünür bir tərəfdən müəllim əlində sağlamlıq arayışı, digər tərəfdən isə dəlilik kağızı var. Onun bu cür hərəkətlərinə fikir verən olmadığı üçün sərbəst hərəkət edib. Uşaq xəsarət alıbsa, şikayətçi tərəf varsa, həmin müəllim məsuliyyətə cəlb olunmalıdır”.

Baş verən bu hadisə bizə belə bir ehtimal irəli sürməyə əsas verir ki, müəllim digər uşaqlarla da bu cür rəftar edib. Maraqlıdır, bu müddətdə niyə heç bir tədbir görülməyib:

“Dəliliyin 10 dərəcəsi var. Dəli elə gündə bir hadisə törətmir ki. Müəyyən məqamlarda bu özünü biruzə verir”

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR