18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
MƏKTƏBDƏ MÜƏLLİMƏNİ DÖYDÜLƏR
“Badamxanımın anası müəllimədən üzr istəyib”.
Bakının Xətai rayonu 64 nömrəli məktəbdə müəllimə işləyən Xuraman Quliyevanın döyülməsi ilə bağlı yayılan xəbərlərə təhsil müəsisəsindən aydınlıq gətirilib.
"EMTV.az" xəbər verir ki, 64 nömrəli məktəbin direktoru Rəfael Mehdiyevin verdiyi məlumata görə, məktəbin müəllimi Xuraman Quliyevanın naməlum şəxs tərəfindən döyülməsi xəbəri həqiqəti əks etdirmir:
"Xuraman müəllimə ilə məktəbin 9-cu sinif şagirdi Badamxanım Hacıyeva arasında mübahisə olub. Şagirdlə müəllim arasında baş verən anlaşılmazlığı araşdırmağa gələn Badamxanımın anası ilə Xuraman müəllimə arasında da mübahisə yaranıb və onlar bir-birini itələyiblər.
Daha sonra müəllimə Xətai Rayon Polis İdarəsinə həmin valideynin hərəkətlərindən şikayət edib. Hazırda polis əməkdaşları hadisəni araşdırır".
Direktor həmçinin, valideynin hadisədən sonra məktəbə gələrək baş verən hadisələrə görə Xuramam Quliyevadan üzr istədiyini də əlavə etdi.
Adı qalmaqalda hallanan müəllimə təhsil hissəsinsə ingilis dili ixtisasını tədris edir.