SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Rüfət Aslanlı ilə Ramiz Rzayev "razılaşma"sı bank böhranını çözəcək, yoxsa...? - Gəlişmə

8-06-2017, 11:05 | Oxunub: 11 711 |

Rüfət Aslanlı ilə Ramiz Rzayev "razılaşma"sı bank böhranını çözəcək, yoxsa...? - Gəlişmə

Milli Məclisin ötən iclasında millət vəkili Zahid Oruc bank zülmündən cana doymuş məmləkət insanın ürəyindən xəbər verən bir təkliflə çıxış edərək yenidən Konstitusiya Məhkəməsiunə müraciət edilməsinin zəruriliyini əsasınadırmışdı:

"İki devalvasiya nəticəsində vətəndaşlarla banklar arasında yaranmış vəziyyəti tənzimləmək üçün Konstitusiya Məhkəməsi məlum prosesə baxdı, lakin bankların xeyrinə qərar çıxardı. Bunun nəticəsində insanlar məhkəməyə baş vururlar, amma nəticə Konstitusiya Məhkəməsindəki çərçivədən kənara çıxmır və on minlərlə insanların əleyhinə qərarlar verilir. Vətəndaş da məhkəmədə özünün hüququnun qorunmadığını görərək özünə əl qatır, bir sıra hallarda özünü yandırır və s. Sanki bizim kitablarda oxuduğumuz mənzərə baş vermiş olur. Məhkəmə-bank-vətəndaş üçbucağında insanlar hüquqi vasitələrlə özlərinin müdafiəsini görmürlər. Ona görə də parlament vasitəsilə biz Konstitusiya Məhkəməsinə həmin hüquqi müddəalara yenidən baxılması üçün müraciət etməliyik. Axı 100 minlərlə insanın hamısından, birə bir, yüzdə yüz yalnız bankın xeyrinə qərar çıxarırlar. Bəs o zaman hakimlərin, məhkəmə təsisatının, ədliyyə sistemimizin hüququ nədən ibarətdir?"

Emtv.az xəbər verir ki, əmin müraciətdən bir neçə gün sonra Maliyyə Bazarlarına Nəzarət Palatasının sədri Rüfət Aslanlının qurumun bir neçə nəfər rəhbər şəxsi ilə Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşməsi haqqında moderator.az-a məlumat daxil olub. Bildirilir ki, Rüfət Aslanlı ilə Ramiz Rzayev hər iki qurum arasındakı "əməkdaşlıq məsələlərini" müzakirə ediblər.

Odur ki, indi bir suala cavab axtarmaq zərurəti yaranıb. Belə bir görüş olubsa tərəflər nələri müzakirə ediblər? Olmaya Zahid Orucun təklifini dəyərləndirmək qərarına gəlinib? Amma adamın heç inanmağı gəlmir ki, hökümət bu məsələdə vətəndaşın halına acımağa başlayıb və situasiyanı mülayimləşdirmək üçün hərəkətə keçilib. Axı Rüfət Aslanlı parlamentin ötən iclaslarında rəhbərlik etdiyi qurumun az qala məhkəmələrin səlahiyyətini mənimsənilməsi kimi yozulan qanun layihəsi ilə Milli Məclisə təşrif buyuranda deputatların top atəşinə tutulmuşdu. Nəticədə həmin qanun layihəsi gətirildiyi kimi də geri qaytarılmışdı. İndi nə baş verdi ki, yenidən Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Ali Məhkəmə arasında hansısa məsələnin müzakirəsi aktuallıq kəsb etsin? Şər deməsən xeyir gəlməz, bəlkə heç bu görüşdəki razılaşma gözləntilərin əksinə olaraq vətəndaşın başında çatlayacaq. Kim bilir, bəlkə Ali Məhkəmədə vətəndaşların xeyrinə qərarların çıxarılması üçün "kvota" müəyyənləşdiriləcək? Hər halda çox maraqlı situasiya yaranıb və biz mövzunu davam etdirərək hüquqşünasların, bank məsələləri üzrə mütəxəssislərin məsələyə münasibətini, şərhini öyrənərək oxucularımıza təqdim etməyə çalışacağıq. Çünki heç kimə sirr deyil ki, bu gün banklarla vətəndaş arasında yaranmış böhran ümummilli məsələyə çevrilib və bu problemdən çözüm tapılmadığına görə vəziyyət ötən hər gün qəlizləşir, nəticədə Zahid Orucun təbirincə desək, özünə əl qatan, çıxış yolunu özünü yandırmaqda görən insanların sayı artır.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR