SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Murad Arifin verilişi bağlandı - "Maşın" şouya görə?

8-06-2017, 09:57 | Oxunub: 9 059 |

Murad Arifin verilişi bağlandı - "Maşın" şouya görə?
Lider TV-də yayımlanan “Solo” verilişinin yayımının dayandırılması barədə xəbər yayılıb.

Emtv.az-ın qafqazinfo-ya istinadən məlumatına görə, buna səbəb kimi proqramın aparıcısı Murad Arifin “Maşın” şou barədə sosial şəbəkədə müsbət fikirli post paylaşması göstərilir.

Teleaparıcı iki iyun tarixində yazdığı statusunda verilişinin gözəl düşünülmüş bir oyun olduğunu qeyd edib:

“Maşın”o qədər gözəl düşünülmüş bir oyundur ki, şəxsən o maşının qalibi olaraq heç bir məsləhət verə bilmirsən... Əvvəldən də heç bilmək olmur ki, şouda kim özünü daha səmimi göstərər! Gözləmədiyin insan favoritin ola bilir... Etiraf edim ki, bu dəfə "kokteyl" daha da tünd, şou daha da maraqlıdır. Murad və M-group, Bravo”.
Murad Arifin verilişi bağlandı - "Maşın" şouya görə?
Bu paylaşımdan sonra Lider TV və ATV-də yayımlanan şounun yaradıcısı Murad Dadaşov arasındakı gərginlik M. Arifdən yan keçməyib. Kanal rəhbərliyinin “MG” prodakşını tərifləyən Muradın verilişini bağlaması barədə qərar verib. Hətta, proqramın təkrarına belə efir qadağası qoyulduğu deyilir.

Murad Arifə "Solo"nun birdəfəlik bağlandığını söyləyib:

“Sayənizdə bu xəbəri eşitdim. Söhbət Murad Arifin uzaqlaşdırılmasından yox, sırf verilişin bağlanılmasından gedir. Bəli! “Solo” verilişi yeni mövsümdə efirdə olmayacaq. Rəsmən, bunun M-qrupla qətiyyən əlaqəsi yoxdur. Mənə gəlincə, verilişimin son anonsunda, son postumda "Həvəs olsa, görüşərik" yazmağım təsadüf deyildi... 15 ildir ki, tele-radio jurnalistikadayam.

Murad Arifin verilişi bağlandı - "Maşın" şouya görə?

Müəyyən şeylər öz məntiqi sonluğuna çatarkən, bir peşəkar olaraq bunu hiss edirsən. Lider TV-də 10 il, “Solo” verilişində 8 il çalışdım.

Münasibətlər əladan da yüksəkdir. Lider sayəsində çox şey əldə etdim, peşəkar olaraq gündəmdə qaldım, həyatımın çətin mərhələlərini ötürə bildim. İndi isə həm fərdi ,həm də ictimai anlamda reallaşmış hiss edirəm özümü. Sadəcə, o veriliş həm mənə görə, həm də belə başa düşürəm ki, kanal üçün də tükənib.

Bu 15 il ərzində təkliflər hər zaman olub və var. Çalışdığım məkana sədaqət hissim və stabillik sevgim, yeniliklərdən çəkindirirdi. İndi isə, arzulanan azadlığıma qovuşmuş sayılıram. Ramazan ayı ilə əlaqədar olaraq yanvardan İsveç səfərimi planladım. Hər hansı bir kanalda, yeni verilişlə görünəcəyəmmi? Həvəsim olsa, mütləq. Sırf “Lider”dən yeni proqram təklifi gəlsə, xüsusi məmnuniyyətlə aparacağam. Hələ ki, mövsüm bağlanıb deyə, yalnız irəlidə istirahət var”.
Murad Arifin verilişi bağlandı - "Maşın" şouya görə?
Lider TV-nin direktor müavini Lamiyə Ələkbərova isə Muraddan fərqli olaraq “Solo”nun mövsümə çıxdığını deyib:

“Veriliş mövsüm tətilinə çıxıb. Bunun heç bir şeylə əlaqəsi yoxdur. Necə ki, başqa verilişlər də istirahətə yollanıb. Heç bir problemimiz yoxdur”.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR