17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
"Maşın şou"dakı saxtakarlıqla bağlı ATV-dən AÇIQLAMA - "Rəqəmləri düzgün köçürməyiblər və..."
Ötən gün əməkdar artist Murad Dadaşovun aparıcısı olduğu “Maşın şou”nunnövbəti bölümü ilə bağlı qalmaqal yalanıb.
Emtv.az xəbər verir ki, Cavad Rəcəbov səs toplayacağı təqdirdə rejissor Kənan Mahmudovu yarışmadan uzaqlaşdıracağını deyib. Verilişin bitməyinə bir neçə dəqiqə qalmış Cavad Rəcəbov səsvermə nəticəsində 35,71 faiz səs-"qalsın", 65,29 faiz səs "getsin” toplayıb. Bu səs faizlərini topladıqda isə 101 faiz olması nəzərdən qaçmayıb.
Qeyd edək ki, müğənni Elton Hüseynəliyev sosial şəbəkədəki səhifəsində status yazaraq bildirib ki, bu müsabiqə quramadır. Hətta o, veriliş bitməmiş “Maşın şou” da nələr yaşanacağını dəqiq söyləyib: “Yenə gözəl oyun. İslam da qalacaq, Azər də. Sadəcə bu günü də yola vermək lazımdır. Bu gün 1 nəfər əlini çəkəcək”.
Məsələ ilə bağlı mətbuata açıqlama verən ATV-nin İctimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentnin rəhbəri Turan İbrahimov məsələyə aydınlıq gətirib:
“Maşın şou” "M Group Production"-ın verilişidir. ATV yalnız və yalnız o verilişin yayımı ilə məşğuldur. Yəni, efir saatını onlara təqdim etməklə və yayımla məşğuldur. Həmçinin, ATV kanalı ilə "M Group Production" arasında müqavilə var ki, o saatda, o verilişin içərisində, ümumiyyətlə, o verilişlə bağlı gedən bütün proseslərdə heç bir məsuliyyət daşımır. Verilişdə baş verənlərlə bağlı ilk dəfədir ki, eşidirəm. "Maşın şou" ətrafında baş verən söz-söhbətlər təbii ki, mənim də diqqətimi çəkir. Amma müzakirələr, proseslər normal məcrada inkişaf edir. Veriliş qalmaqal üzərində qurulduğuna görə təbii ki, müəyyən hay-küy, müzakirələr normaldır. Amma siz dediyiniz texniki məqam isə ancaq MGP-nın mətbəxidir. Xırdalıqları, detalları onlar bilirlər. Brendləri də Murad Dadaşovdur. Siz onunla əlaqə saxlasanız, o, sizə daha təfərrüatlı məlumat verə bilər.
Sualınızla bağlı kiçik bir araşdırma apardım. Orda həmin o faiz dərəcələri əvvəlcə kompüterə ötürülür, yazılır və sonra ekrana çıxır. O yazılma prosesində tələm-tələsiklik olub, rəqəmləri düzgün köçürməyiblər. Məsələ yalnız texniki problemlə bağlıdır. Bu mənim ilkin araşdırmamdır”.
Emtv.az