SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

RESTORANLARDA REYDLƏR – Cərimələr kəsildi, 8 vəhşi heyvan müsadirə olundu

7-06-2017, 12:02 | Oxunub: 8 710 |

RESTORANLARDA REYDLƏR – Cərimələr kəsildi, 8 vəhşi heyvan müsadirə olundu
Bu gün Azərbaycanda fəaliyyət göstərən bəzi restoranlar, istirahət mərkəzlərində müxtəlif növ quş və yırtıcı heyvana rast gəlmək olar. Ölkənin bəzi yüksək ranqlı məmurlarının vəhşi heyvanlara marağının olması da heç kəsə sirr deyil. Sabiq nazir Ziya Məmmədovun oğlu Anar Məmmədovun restoranlardan birində ayı ətindən kabab bişirtdirməsindən sonra restoran şəbəkələrinin vəhşi heyvanlara marağı daha da artdı.

Elə bu səbəbdən də Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ESTN) belə halların aradan qaldırılması üçün mütəmadi olaraq reydləri artırdı.
Amma keçirilən reydlərə, görülən tədbirlərə baxmayaraq, bəzi restoranlar həyətlərində quraşdrdığı qəfəslərdə vəhşi heyvan və quş növləri saxlamağa davam edirlər. Məsələn, Hacıqabul rayonu Pirsaat qəsəbəsində Bakıya gələn yolun kənarında yerləşən “Fədək” istirahət mərkəzinin həyətində hər növ quş və vəhşi heyvan növünə rast gəlmək mümkündür. Bəs orada heyvan və quşların saxlanılması qanuna müvafiq həyata keçirilirmi?


Emtv.az xəbər verir ki, ESTN-nin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Raqub Mirzəyevin məsələ ilə bağlı modern.az-a verdiyi məlumata görə, nazirliyin hər rayonda monitorinq qrupları var:

“Monitorinqlər mütəmadi olaraq həyata keçirilir. Aprel ayının əvvəlində keçirilən reydlər zamanı Ağstafa rayonu “Yaşıl Göl” istirahət mərkəzində 1 qonur ayının, Xaçmaz rayonu “Çənlibel” istirahət mərkəzində 2 dağıstan turunun və Füzuli rayonu “Qarabağ” istirahət mərkəzində 2 qonur ayının və 3 ceyranın qanunsuz olaraq təbiətdən götürülərək qeyri – sərbəst şəraitdə qəfəslərdə saxlanıldığı aşkar edilib.
Faktlar üzrə sözügedən istirahət mərkəzlərinin sahibləri barəsində prokollar tərtib edilərək hər biri inzibati qaydada 500 manat cərimə edilib. “Yaşıl Göl” və “Çənlibel” istirahət mərkəzlərindəki heyvanlar götürülərək Altıağac Milli Parkının nəzdindəki Vəhşi Təbiətin Bərpası və Reabilitasiyası Mərkəzinə təhvil verilib. Heyvanlar reabilitasiya müddətindən sonra vəhşi təbiətə qaytarılacaq”.


R.Mirzəyev deyib ki, “Fədək” İstirahət Zonasının həyətindəki heyvanlarla bağlı müvafiq araşdırma aparılıb:
“Məlum olub ki, onların hamısı xaricdən qanunamüvafiq gətirilən quş və heyvanlardır. Onların hər biri gömrük məntəqəsindən keçib və sənədləşdirilib. Zonada Azərbaycan təbiətindən qanunsuz götürülən quş və heyvan yoxdur”.

Qeyd edək ki, 2017-ci ilin yanvar-mart ayları ərzində keçirilən reydlər zamanı qanunsuz ovla məşğul olan 65 vətəndaş saxlanılaraq onlardan 61 ov tüfəngi, 147 patron, qanunsuz ovlanmış 11 quş və 4 heyvan götürülüb.

İnzibati xəta törətmiş qanun pozucuları barəsində protokollar tərtib edilərək 56 nəfərə 58136 manat məbləğində inzibati qaydada cərimə və iddia tətbiq olunub, 9 qanun pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi üçün aidiyyəti rayon polis orqanlarına müraciət edilib.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR