18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
TƏBİƏTİ QORUYAQ
Xızı rayonunun Altıağac qəsəbəsində yerləşən Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasında son 10 il ərzində 500-dən çox heyvan və quş müalicə olunaraq, yenidən təbiətə buraxılıb.
"EMTV.az" xəbər verir ki, hazırda klinikada 3 ayı, 1 cüyür, qartal və sultan toyuğu reabilitasiya dövrü keçir.
Buradakı ayılardan ən kiçiyi mərkəzə iki ay əvvəl gətirilib. Bu qonur ayı balasını yerli sakinlər qayalıq ərazidə yaralı vəziyyətdə taparaq 5 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşlarına təhvil veriblər. Ayağı yaralanmış ayı balası müalicə üçün Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikasına gətirilib. Mərkəzin əməkdaşları onun tam sağalmaq üzrə olduğunu bildiriblər. Amma vəhşi təbiətə buraxılmazdan öncə bala ayı hələ bir müddət mərkəzdə bəslənəcək.
Klinikadakı bir ayı və bir cüyür isə reabilitasiya dövrünü başa vurmaq üzrədir. Altıağac Milli Parkının əməkdaşları tərəfindən meşədə yaralı vəziyyətdə tapılan cüyür tam müalicə olunub. Yaxın vaxtlarda bu heyvanlar təbiətə buraxılacaq.
Vəhşi Təbiətin Bərpası Mərkəzi və Reabilitasiya Klinikası 2006-cı ildən fəaliyyət göstərir. Mərkəz ölkəmizin ərazisində, o cümlədən Xəzər dənizinin Azərbaycan sektorunda müxtəlif səbəblərdən zərər çəkmiş vəhşi heyvanların reabilitasiyası, artırılması, baytarlıq və profilaktika tədbirlərinin keçirilməsi məqsədilə yaradılıb.