17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
«Özgənin işinə qarışırlar, üstəlik inciyirlər də!» - Putin ABŞ haqqında
Emtv.az-ın Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) başqa dövlətlərin daxili işlərinə qarışır, üstəlik bir umu-küsü də edir.
Bu barədə Vladimir Putin «NBC» telekanalına verdiyi müsahibədə bəyan edib.
«Dünya xəritəsinin harasına barmaq tuşlasan, hər yerdə ABŞ rəsmi şəxslərinin ölkələrin daxili siyasi proseslərinə qarışdığından şikayət edəcəklər» - Putin qeyd edib.
Onun ifadə etdiyi kimi, «Birləşmiş Ştatlar hər yerdə, dünya boyunca fəal surətdə digər ölkələrin seçki kampaniyalarına müdaxilə edir».
«Ona görə də, kimsə – mən demirəm ki, biz – hansısa formada təsir göstərir və ya təsir göstərməyə çalışır, kimsə bu proseslərdə iştirak edir, o zaman Birləşmiş Ştatlar heç nədən, küsür. Kim deyir ki, kim bizdən küsür ki, biz müdaxilə edirik? Siz, özünün daim müdaxilə edirsiniz» – Putin bildirib.
Emtv.az