18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Sel İsmayıllı-Qəbələ yolunda nəqliyyatın hərəkətini dayandırıb
Güclü sel İsmayıllı-Qəbələ yolunda nəqliyyatın hərəkətini iflic edib.
Emtv.az-ın apa-ya istinadən xəbərinə görə, ötən gecədən başlayaraq yağan güclü leysan yağışları bu gün günorta saatlarında daha da güclənib. Yağışdan sonra dağlardan gələn sel suları İsmayıllı rayonu ərazisindən keçən magistral avtomobil yolunda nəqliyyatın hərəkətini dayandırıb. Bu gün saat 13:30 radələrində sel suları İsmayıllı-Qəbələ yolunun 17-ci kilometrliyində, Qurban Əfəndi kəndi ərazisindən keçərək meşəyə doğru yönəlib.
Özü ilə daş parçaları və ağaclar gətirən sel suları İsmayıllı-Qəbələ yolunun üzərindən aşıb keçməkdə davam etdiyi üçün yolda avtomobillərin hərəkəti məhdudlaşıb. Yolun altındakı sel-su ötürücüləri lillə dolduğu üçün su yolun üstü ilə təxminən 0,5 metr hündürlükdə axır. Çoxlu sayda avtomobil yolda qalaraq selin dayanmasını gözləyir. Yolun lildən təmizlənməsi üçün əraziyə İsmayıllı Yol İstismar İdarəsinin ağır texnikası cəlb olunub.
Emtv.az