18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!
17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Şahdağ Milli Parkının ərazisində uçqun olub
Aprelin 17-də səhər saat 4 radələrində Şahdağ Milli Parkının Qəbələ bölməsinin Vəndam meşəbəyliyinin 2 saylı dolayında, Qəbələ-Laza avtomobil yolunun 4,4-cü kilometrliyində yolun sol hissəsində uçqun baş verib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, hadisəyə səbəb bölgəyə yağan intensiv və güclü yağışlar olub.
Dərhal Milli Parkın əməkdaşları hadisə yerinə cəlb olunub və araşdırma aparılıb. İlkin məlumatlara görə uçqunun əhatə etdiyi ərazi yoldan 50-60 metr hündürlükdə olmaqla təxminən 4 sota yaxın meşə ilə örtülü olmayan ərazini əhatə edir. Hadisə ilə bağlı aidiyyəti üzrə məlumat verilib. Hazırda müvafiq qurumlar tərəfindən yolun bağlanmış hissəsinin açılması məqsədilə təmizləmə işləri aparılır.
Əraziyə nəzarət olunması üçün Şahdağ Milli Parkının işçiləri tərəfindən növbətçilik təşkil olunub.
Emtv.az