17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
Bakıda bu ərazilərdə avtomobillərin parklanmasına məhdudiyyət qoyulur
Azərbaycanda Formula-1 yarışının təşkilatçısı “Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti iyunun 23-25-də Bakıda baş tutacaq Azərbaycan Qran-Prisi ilə əlaqədar hazırlıq işlərini gücləndirilmiş rejimdə davam etdirir.
Hazırda trek ətrafında təhlükəsizlik baryerlərinin, əlavə qoruyucu hasarların və tribunaların quraşdırılması işləri, həmçinin trek boyunca asfalt örtüyündə təmir-bərpa işləri aparılır.
Şəhərin mərkəzi küçələrində nəqliyyatın və piyadaların hərəkətində fasilələrin yaranmaması üçün işlər adətən gecə saatlarında həyata keçirilir. Bu səbəbdən şəhər sakinlərindən xahiş olunur ki, işin gedişatına maneçilik törətməmək üçün avtomobillərini iyunun 1-25-də saat 22:00-dan 06:00-dək trekin keçdiyi bütün küçələrdə, xüsusən də Xəqani, İstiqlaliyyət və Əziz Əliyev küçələrində, həmçinin Qoşa Qala Qapılarının qarşısındakı hissədə saxlamasınlar, əvəzində alternativ parklanma yerlərindən istifadə etsinlər. Əks halda yarışa hazırlıq işlərinin plana uyğun şəkildə reallaşdırılmasına maneçilik törədən avtomobillər evakuator vasitəsilə yaxın ərazidə olan parklanma yerlərinə aparılacaq.
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti paytaxt sakinlərindən yarışa hazırlıq işlərinin görülməsi nəticəsində yaranmış müvəqqəti narahatlığa görə üzr istəyir, mövsümün ən baxımlı Formula-1 yarışının ərsəyə gəlməsində göstərdiyi əvəzolunmaz dəstəyə görə dərin minnətdarlığını bildirir.
Emtv.az