SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar

emtv.az
 Valyuta məzənnəsi

DİQQƏT! BU YOLLARDA TƏMİR İŞLƏRİ GEDİR

13-01-2016, 19:05 | Oxunub: 8 621 |

DİQQƏT! BU YOLLARDA TƏMİR İŞLƏRİ GEDİR
Bakı Şəhər Halqası Əməliyyat Şirkəti bu il iyun ayında keçiriləcək Formula 1 yarışı ilə bağlı hazırlıq işlərini davam etdirir. Paytaxtın yarış trekinin üzərinə düşən mərkəzi küçələrində təmir-tikinti işləri qismən aparılır.

"EMTV.az" xəbər verir ki, şirkətdən verilən məlumata görə, asfalt örtüyünün dəyişdirilməsi ilə əlaqədar aparılan təmir işlərinə görə yanvarın 13-ü axşam saatlarından etibarən Neftçilər prospektinin Rəsul Rza küçəsi ilə kəsişməsindən başlayaraq Azadlıq meydanına qədər olan hissəsində nəqliyyatın hərəkəti hər iki istiqamətdə 3 günlüyünə dayandırılacaq.

Buna alternativ olaraq, eyni müddətdə nəqliyyatın hər iki tərəfli hərəkəti Zərifə Əliyeva küçəsində təşkil olunacaq. Belə ki, Azneft dairəsindən gələn avtomobillər Rəsul Rza küçəsinə dönərək Muzey Mərkəzinin (köhnə Lenin Muzeyi) arxa tərəfindən keçməklə Zərifə Əliyeva küçəsi ilə Azadlıq meydanına qədər yolunu davam etdirə biləcəklər.

Bundan əlavə, yeraltı su xətlərinin təmiri ilə əlaqədar olaraq yanvarın 14-də səhər saat 9-dan etibarən Əziz Əliyev küçəsində nəqliyyatın hərəkəti tamamilə dayandırılacaq. Təmir işlərinin yanvarın 18-dək davam etdirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, yarışdan öncə salınacaq və Formula 1 yarışı standartına cavab verən yenilənmiş yollar daimidir. Bu yollar Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR