17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar
20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar
19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar
20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR
19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR
20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!
00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar
19:29 - Xaçmazda tədbir
15:05 - QHT Qubada tədbir keçirdi
00:38 - Mingəçevirdə İctimai Müzakirə: Sosial Dövlətə Doğru - Fotolar
“Əvvəl bu sahədə vəziyyət qənaətbəxş deyildi” – NAZİR
“Təhsil sistemində yeni vasitələrdən istifadə etmək lazımdır”.
Bunu təhsil naziri Mikayıl Cabbarov AŞPA-nın Bakıda keçirilən Sosial məsələlər, sağlamlıq və dayanıqlı inkişaf komitəsinin iclasında deyib. O bildirib ki, 2013-cü ildə təhsil sahəsində Milli Strategiya təsdiqlənib: “Bu, ilk strategiya olub. Orada aydın şəkildə təhsil sahəsində inkişaf məqsədləri müəyyənləşdirilib. Məktəbəqədər təhsildə irəliləyiş əldə edilib. Əvvəl bu sahədə vəziyyət qənaətbəxş deyildi. Məsələni çətinləşdirən səbəblərdən biri də bu müəssisələrin qaçqın və məcburi köçkünlər tərəfindən tutulması idi. Məktəbəqədər təhsil müəssisələrinə uşaqların gətirmə faizi 18 faiz idi. Üç ildə bu rəqəm 55 faizə qalxdı”.
Nazir əlavə edib ki, təhsil sahəsində müxtəlif xidmətlər onlayn formada təmin olunub: “Xarici diplomların tanınması, elektron qaydada məktəbə yazılmaq və sair bu xidmətlərə aiddir”.
O bildirib ki, Azərbaycanda müəllimlərin 95 faizinin diaqnostik qiymətləndirilməsi həyata keçirilib. Nəticədə müəllimlərin maaşı 2 dəfə artıb.
Emtv.az