SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Mini ətəkli azyaşlı qızlar, müştəri cəlb etmək üçün hoqqalar... - Bakının çay evləri... / FOTOLAR

31-05-2017, 14:50 | Oxunub: 10 655 |

Mini ətəkli azyaşlı qızlar, müştəri cəlb etmək üçün hoqqalar... - Bakının çay evləri... / FOTOLAR
İctimai obyektlərdə xanım ofisantların işləməsi adi bir hala çevrilib. Bu gün əyləşdiyiniz hansısa bir məkanda sizə qulluq edən xanımları tez-tez görə bilərsiniz. Yaş həddi və məkan uyğunluğu baxımından qadınların ictimai yerlərdə işləməsinə pis baxılmır. Lakin azyaşlı qızların yalnız kişilərin gəldiyi məkanlarda işlədilməsi heç də yaxşı hal sayılmır. Öz maraqları naminə, müştəri yığmaq məqsədilə azyaşlı qızların belə yerlərə cəlb edilməsi qanuna zidd hal kimi dəyərləndirlir.

Bununla bağlı mətbuata açıqlama verən “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib ki, çay evlərinin bəzilərində qızlar ofisant kimi götürülsə də, bəzilərində onlar digər xidmətlərə cəlb edilir:

“Bu hadisə çay evi sahibinin iştirakı ilə də ola bilər, olmaya da bilər. Bununla bağlı zaman-zaman reydlər keçirilir və müəyyənləşdirlir. Əgər həmin qızlar azyaşlıdırsa, onlar valideynlərinə və ya hansısa mərkəzlərə istiqamətləndirilir. Yuxarı yaşda olanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr müəyyənləşdirilir. Belə hadisə ilə qarşılaşanlar Daxili İşlər Nazirliyi, Bakı şəhər Baş Polis İdarəsi və ya İnsan Alverinə Qarşı Mübarizə İdarəsinə müraciət edə bilərlər”.

Hüquqşunas Xəyal Bəşirov bildirdi ki, Azərbaycan Respublikasının Konstitusiyası və Əmək Məcəlləsinə əsasən, 15 yaşına çatmayan şəxslərin əməyə cəlb olunması qanuna ziddir:

“Çay və iaşə obyektlərinin üzərində “Ofisant qız tələb olunur” elanı yazılırsa, bunu qanunsuz hesab etmək olmaz. Çünki sahibkarın qadın işçi axtarması normaldır. Amma faktiki olaraq azyaşlı şəxslərin əməyə cəlb olunması qanuna ziddir. Buna görə məsuliyyət nəzərdə tutulub. Belə ki, Konstitusiyasının 17-ci maddəsi, Əmək Məcəlləsinin 42-ci maddəsinə əsaən, 15 yaşına qədər olan şəxslər heç bir halda əməyə cəlb oluna bilməz. Qanunvericiliyin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində məsuliyyət nəzərdə tutulub. Məcəllənin 192-ci maddəsinə əsasən, buna görə vəzifəli şəxslər (iş yeri sahibləri) 1000 manatdan 1500 manatadək, hüquqi şəxslər isə 3000 manatdan 5000 manatadək cərimələnir”.

Mini ətəkli azyaşlı qızlar, müştəri cəlb etmək üçün hoqqalar... - Bakının çay evləri... / FOTOLAR


Mini ətəkli azyaşlı qızlar, müştəri cəlb etmək üçün hoqqalar... - Bakının çay evləri... / FOTOLAR


Mini ətəkli azyaşlı qızlar, müştəri cəlb etmək üçün hoqqalar... - Bakının çay evləri... / FOTOLAR


Mini ətəkli azyaşlı qızlar, müştəri cəlb etmək üçün hoqqalar... - Bakının çay evləri... / FOTOLAR


Mini ətəkli azyaşlı qızlar, müştəri cəlb etmək üçün hoqqalar... - Bakının çay evləri... / FOTOLAR



Emtv.az


OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR