SON DƏQİQƏ

18:50 - “Sosial Dövlət Naminə” İctimai Birliyinin - BƏYANATI!

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

Bakının “sökülüb-tikilən” yolları: Harada təmir nə zaman bitəcək? - RƏSMİ

31-05-2017, 14:11 | Oxunub: 9 094 |

Bakının “sökülüb-tikilən” yolları: Harada təmir nə zaman bitəcək? - RƏSMİ

Ötən ilin avqustundan etibarən Dövlət Statistika Komitəsinin qarşısında yerləşən ərazidə təmir işləri başlanıb. Təmir işləri çərçivəsində Dövlət Statistika Komitəsinin önündə yerləşən dairədə görkəmli şair Mikayıl Müşfiqin heykəli götürülmüşdü. Etirazlardan sonra şairin heykəli əraziyə qaytarılaraq üzərinə torba keçirilib.

Hazırda ərazidə gedən təmir işlərinin vəziyyəti, həmçinin Mikayıl Müşfiqin heykəli ilə bağlı son durumu öyrənmək üçün “Azəravtoyolservis”in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq.
Bakının “sökülüb-tikilən” yolları: Harada təmir nə zaman bitəcək? - RƏSMİ
A.Nəcəfli açıqlamasında heykəllə bağlı məsələnin onlara aid olmadığını deyərək bu istiqamətə Mədəniyyət və Turizm Nazirliyinin cavabdeh olduğunu bildirib və digər suallarımızı cavablandırıb:

“Onu deyə bilərəm ki, heykəl olduğu kimi yerindədir. Həmin ərazidə təmir davam edir. Proses iyun ayının ortalarınadək yekunlaşacaq. Statistika dairəsinin ləğv olunması nəzərdə tutulub. Artıq bu proseslər yekunlaşmaq üzrədir. Həmin ərazidə bir-birinə kəsişən nöqtələr olduğu üçün xüsusən də günün pik vaxtlarında tıxac yaranırdı. Artıq kəsişən nöqtələr olmadığı üçün nəqliyyat vasitələri dayanmadan dairəvi hərəkət edəcəklər. Bu prosesə ötən ilin avqustundan start verilmişdi”.

A.Nəcəflinin sözlərinə görə, qəsəbələrarası yolların düzəldilməsi məsələsi də prioritetdir: “Qəsəbələrarası yolların təmirə ehtiyacı var. Ötən il bu cür yolların bir qismi təmir olundu, proses indi də davam etdirilir. Bu il ərzində Novxanı-Pirşağı yolu təmir olunacaq. Sahilkənarı yeni yol çəkilib. Bakı şəhərinə daxil olmadan Sumqayıtdan Novxanı-Corat və Pirşağı istiqamətində, dənizkənarı dairəvi yolla, hava alanına getmək mümkün olacaq. Əlbəttə, bu da Bakı şəhərində olan sıxlığın azaldılmasına müəyyən qədər də olsa təsir edəcək. Xırdalan, Binəqədi və Balaxanı yollarında təmir aparılacaq”.

A.Nəcəflinin qeyd edib ki, hazırda Bakı şəhərində qəsəbələrarası 10-dan artıq yol, ümumilikdə isə respublika üzrə 40 layihə üzrə təmir işləri aparılır:

“Biləcəri, Binəqədi yolu təmirdədir. Binəqədi-Balaxanı yolunun təmirinə də başlanılacaq. Mehdiabad-Goradil-Fatmayi qəsəbələrini birləşdirən yolların təmiri aparılır. Bundan başqa Lökbatan – Qobu, Binə və Türkan qəsəbələri arasında avtomobil yollarında təmir gedir”.

Müvafiq tədbirlərə görə ölkə başçısı 4 avqust 2016-cı il sərəncamında Bakı şəhərinin Yasamal rayonunda Füzuli meydanının ətraf ərazilərində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması, həmçinin bu işlərlə əlaqədar kommunikasiya xətlərinin köçürülməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılmasını tələb olaraq göstərib. Qeyd olunub ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR