SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

16:46 - Aygün Əliyeva: "2022-ci ili Qurumun Fəaliyyətinin İlk İli Kimi Xarakterizə Edə Bilərik" - Müsahibə

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

emtv.az
 Valyuta məzənnəsi

Şirin tamı ilə seçilən Naxçıvan göycəsi

30-05-2017, 12:39 | Oxunub: 13 216 |

Şirin tamı ilə seçilən Naxçıvan göycəsi
Qədim Naxçıvan zəngin mədəniyyəti, çoxəsrlik tarixi ilə yanaşı, bu torpaqda yetişən nemətləri ilə də dünyada tanınır. Göycə gözəl yurdumuz Naxçıvanın ən sevilən, nübar meyvələrindən biridir. Qədim zamanlardan bəri göycə yalnız bu regionda becərilib. Naxçıvan göycəsinin tarixi VII əsrə gedib çıxır. “Göycə” sözü göyümtül-yaşıl mənasında olmaqla bərabər, “yeni”, “təzə” mənasını da ifadə edir.

Nehrəm kənd sakini, bağban Tofiq Abutalıbovla söhbət zamanı dedi ki, göycə müxtəlif alça sortlarının bağbanlarımız tərəfindən calaq edilməsi yolu ilə əmələ gəlib. Belə ki, əvvəlcə alça ağacı əkilir, sonra göycənin budağından ona calaq vururlar. İkinci, yaxud da üçüncü il artıq göycə ağacı bar verir. Calağın da öz vaxtı var. Dədə-babalarımız deyərdi ki, calaq arpa biçini zamanı edilməlidir. Göycənin calağı, əsasən, alça və almaxara (albuxara) ağaclarına vurulur. Təcrübələr əsasında demək olar ki, bu ağaclar vurulan calaqdan sonra yaxşı bar verir. Həm də həmin ağacların kökaltı hissələri yaxşı inkişaf etdiyindən gec quruyur, xəstəliklərə davamlı olur.

Bağbanın sözlərinə görə, yağışlı havalarda ağacları zərərvericilər daha tez məhv edə bilər. Buna görə də erkən yazda və çiçəkləmədən sonrakı dövrdə ağacları dərmanlamaq lazımdır. Məhsul verməyə bir ay qalmış dərmanlama dayandırılır ki, kimyəvi tərkib ağacın meyvəsinə təsir göstərməsin. Ağacları çiçəkləmə vaxtında dərmanlamaq olmaz.

Bütün ağaclar kimi, göycə ağacının da mineral maddələrə, üzvi gübrələrə ehtiyacı var. Lakin ağaca gübrə verilən zaman diqqətli olmaq lazımdır. Gübrə mütləq çiçəkləmədən əvvəl verilməlidir. Erkən yazda göycə ağacı budanmalıdır. Onun üst təpə tumurcuqları təmizlənməsə məhsulu az olar.

Bəziləri göycə ilə alçanı səhv salır. Tofiq Abutalıbov qeyd edir ki, göycə alçadan tez yetişir. Yəni göycə satışa çıxarıldığı vaxt alçalar çox balaca və acı olur. Alçanı, adətən, göy ikən deyil, yetişəndən sonra yığıb istifadə edirlər. Göycə ilə bir fərqi də elə budur. Göycə, yəni göy ikən “gəl qopar məni” deyir. Qısaca, görünüş etibarilə göycə ilə alça səhv salınsa da, faktiki olaraq bunlar ayrı-ayrı meyvələrdir. Lakin göycələrin turş olanı da var, şirini də. Əgər göycənin calağı şirin alçaya vurularsa, göycə şirin, yox, əgər keyfiyyətsiz, xalq dili ilə desək, cır alçaya vurularsa, məhsul turş olar. Ağaca yaxşı qulluq edilsə, vaxtlı-vaxtında mineral maddələrlə təmin edilsə, bu, onun məhsulunun keyfiyyətini artıracaq. Ağaca verilən suyun da onun məhsuluna bilavasitə təsiri var. Belə ki, şirin su ilə suvarılan ağacın meyvəsi ilə şor su ilə suvarılan ağacın meyvəsi arasında, əlbəttə ki, fərq olacaq.

Onu da qeyd edək ki, Nehrəm kəndində 6 sahibkar fərdi təsərrüfatında göycə yetişdirir, yetişdirdikləri məhsulun satışı ilə gəlir əldə edirlər. Qəmbər Bağırov da həmin fərdi təsərrüfatla məşğul olanlardan biridir. O deyir ki, bütün ağaclar kimi, göycə ağacına da qayğı lazımdır. Əgər yaxşı məhsul istəyirsənsə, yaxşı da qulluq etməlisən. Vaxtlı-vaxtında onu budamalı, dərmanlamalı, mineral gübrələrini verməli, suvarmalısan. Keçən il “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilən “Göycə” festivalında iştirak edən Qəmbər əmi bu il də keçiriləcək festivalda bol məhsulla yer alacağını bildirir.

Göycə insan orqanizmi üçün də faydalıdır. Xalq arasında o, ilk növbədə, iştahaçıcı kimi tanınır. Hələ zamanında nənələrimiz yemək yeməyən 3-4 yaşdan yuxarı uşaqların iştahasını açmaq üçün mövsüm vaxtı onlara gündə 1-2 göycə yedirərdilər. C vitamini ilə zəngin olan göycə təzə qan yaradır, hipertoniya, qanazlığı olanlara çox faydalıdır. O, eləcə də susuzluğu tez yatıran vasitə hesab edilir, stressə qarşı qoruyucudur və sakitləşdirici bir təsiri var. Xüsusilə diş ətlərinin güclənməsinə kömək edir.

Bu gün muxtar respublikamızda qədim diyara məxsus göycə kimi digər yerli meyvə sortlarının istehsalının artırılması ilə yanaşı, onların təbliği və tanıdılması da diqqət mərkəzində saxlanılır, bu sahədə lazımi tədbirlər görülür. Bunun göstəricilərindən biri keçən il mayın 27-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində keçirilmiş “Göycə” festivalıdır. Festivala Naxçıvan şəhərindən, Şərur, Babək və Ordubad rayonlarından olan 70 torpaq mülkiyyətçisinin yetişdirdiyi müxtəlif növdə 3 tondan çox göycə çıxarılmışdı. Həmçinin festival iştirakçılarına göycədən hazırlanan məhsullar – mürəbbə, kompot, turşu, göycə qurusu, eləcə də göycə lavaşası təqdim olunmuşdu.

Belə festivalların keçirilməsi artıq ənənə halını alıb. Bu il iyunun 3-4-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində ikinci “Göycə” festivalı keçiriləcək. Böyük maraqla qarşılanan bu festivalda iştirak etmək üçün ölkəmizin müxtəlif regionlarından, həmçinin qonşu ölkələrdən Naxçıvana gələn turistlərin sayı hər gün daha da artmaqdadır.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR