SON DƏQİQƏ

22:44 - Regionlarda həyata keçirilən "Azərbaycanda həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasətin təbliği" layihəsinin növbəti İctimai Müzakirəsi Xaçmazda keçirildi-Fotolar

17:55 - Vətəndaşların Sosial İmkanlarının Müzakirəsi Regionlarda Davam Edir - Fotolar

17:55 - “Miqrasiya Prosesləri” İctimai birliyi Almaniyanın Hamburq şəhərində yaşayan Azərbaycanlılar icmaları ilə görüşü baş tutub

20:20 - Regionlarda Növbəti İctimai-Sosial Müzakirələr Başladı –Fotolar

19:44 - Həssas əhali qruplarına ünvanlanmış sosial-humanitar siyasət təbliğ olunacaq-Fotolar

20:51 - Heydər Əliyevin anadan olmasının 100 illiyi çərçivəsində 2 mindən çox ağac əkilib-FOTOLAR

19:35 - Naxçıvanda “Heydər Əliyev və vətəndaş cəmiyyəti quruculuğu” mövzusunda konfrans keçirilib-FOTOLAR

15:54 - Azərbaycan Qeyri-Hökumət Təşkilatları Bəyanat Verdi: Azərbaycanın İrandakı Səfirliyinə Olunan Terror Hadisəsinə Qiymət Verilməsini Tələb Edirik

19:29 - YYSİB “Biznes-motivasiya: gənclər üçün innovativ-kreativ peşə və ixtisasların təbliği” layihəsinu uğurla reallaşdırır

21:02 - Təşkilat sədri Faiq Əhmədov Dünya Azərbaycanlılarına, Şəhidlərimizin Ailə Üzvlərinə və Qazilərimizə Təbrik Məktubu Ünvanlayıb-FOTOLAR

20:17 - Təşkilat sədri Faiq Əhmədov cənab Prezident İlham Əliyevə Açıq Məktub göndərib!

22:18 - Faiq ƏHMƏDOV: Tələblərimiz yerinə yetirilməyənə qədər mütəmadi olaraq aksiyalarımızı davam etdirəcəyik-VİDEO-FOTOLAR

00:21 - “Azərbaycan Sosial Dövlətə Doğru” Layihəsinin Növbəti Tədbiri - Fotolar

19:29 - Xaçmazda tədbir

15:05 - QHT Qubada tədbir keçirdi

emtv.az
 Valyuta məzənnəsi

“JEK”ləri hələ də qoruyan SƏBƏBLƏR - Nəzarət fünksiyası və yeyinti...

26-05-2017, 12:46 | Oxunub: 6 832 |

“JEK”ləri hələ də qoruyan SƏBƏBLƏR - Nəzarət fünksiyası və yeyinti...
Son illər ölkədə yaranan iqtisadi-sosial vəziyyət ixtisarlara səbəb olub. Bəzi qurumların ləğvi və hətta nazirliklərin birləşdirilməsi təcrübəsi var və prosesin davamlı olacağı gözənilir.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilərək, səlahiyyətləri Dövlət Əmlak Komitəsinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə verilib. Bundan başqa, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi, Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti və Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti, Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi, Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzi ləğv edilib.

2009-cu ildən ləğvi gözlənilən "JEK" kimi tanınan Mənzil İstismar Sahələri hələ də fəaliyyətlərini davam etdirir.

Maraqlıdır ki, müvafiq qurumlar “JEK”lərin ləğvində niyə maraqlı deyil?

İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, hökumət bu istiqamətdə qərarsızdır:

“Düşündürücü suallardan biri də budur ki, onlar ləğv olunarsa, nə ilə əvəzlənər? Hər hansı əsasnamə olmalıdır ki, fiziki şəxslər, özəl şirkətlər də MİS-i əvəz edə biləcək özəl fəaliyyətlə məşğul ola bilsinlər. Özəl sektorun bu sahədə fəaliyyət göstərməsi ilə bağlı hansısa qadağa yoxdur. Görünən budur ki, hökumət MKİS-in dövlət nəzarətindən çıxmasını istəmir. Paradoksal bir vəziyyət yaranıb”.

İqtisadçı qeyd edib ki, MİS-lərin saxlanması dövlət büdcəsi üçün əlavə yükdür: “Bu zaman idarəetmədə effektivlik artacaq. Çünki özəl sektorla vətəndaş arasında münasibətlər daha fərqli olacaq. İndiki mənzərədə vətəndaşlarla MİS arasında yaranan istənilən problem ikinci tərəfin üstünlüyü ilə başa çatır. Özəl sektorlar bu işlə məşğul olarsa, hətta vətəndaşlar həmin qurumu məhkəməyə verə, haqlı olarlarsa, məhkəməni uda bilər. İndiki halda isə bu mümkün deyil. Məhkəmələrə müraciətlər artsa da, münaqişələr vətəndaşların deyil, əksər hallarda MİS-in qələbəsi ilə başa çatır. Əlbəttə, yaranan bu vəziyyət siyasi qərarın olmaması ilə əlaqədardır. Hüquqi müstəvidə məsələ həll olunsa da, proses tam yekunlaşmayıb”.

N.Cəfərlinin sözlərinə görə, dövlət idarəetməsi ilə birbaşa məşğul olan qurumlar MİS-lərin ləğv olunmasında maraqlı deyil: “Çünki MİS vasitəsilə nəzarət daha sürətlə həyata keçirilir. Bu sovet dövründən qalma bir ənənədir ki, MİS-lər idarəetməyə nəzarəti daha sürətlə həyata keçirirlər. MİS-lər həm də vətəndaşın davranış və yaşayışına nəzarət funksiyasını həyata keçirirdi. Hazırda müvafiq dövlət qurumları bu funksiyadan imtina etmək istəmədiyi üçün proses uzanır. Dövlət nəzarət mexanizmlərini başqa formada həyata keçirtməyə çalışmalı, dövlət vətəndaşı idarə etməməli, onun maraqlarını təmin etməlidir”.

N.Cəfərlinin qənaətincə, bu sahədə yeyintinin olması da MİS-lərin saxlanmasına səbəb olan əsas amillərdəndir: “Korrupsiya olub, olacaq da."

Xatırladaq ki, bəzi çoxmənzilli binaların idarəolunması üçün yeni Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) yaradılıb.

Bakı şəhərinin Yasamal rayonunda 2, Binəqədi, Nərimanov və Səbail rayonlarının hər birində 1 və Abşeron rayonunda 1 MMMC yaradılaraq dövlət qeydiyyatından keçib. Bununla da ölkə üzrə MMMC-lərin sayı 28-ə çatıb.

Ölkənin şəhər və rayonlarında çoxmənzilli binalarda yeni idarəetmə üsullarının tətbiqi ilə bağlı tədbirlər davam etdirilir.

Mənzil Məcəlləsində JEK-lərin (Mənzil İstismar Sahələri) ləğv olunması nəzərdə tutulduğu üçün çoxmərtəbəli binalar yeni yaradılan cəmiyyətlər tərəfindən idarə olunacaq.

Qeyri-rəsmi məlumatlara görə, hazırda ölkəmizdə 200-ə yaxın "JEK" var və bunlardan 150-si paytaxtda fəaliyyət göstərir.

Emtv.az

OXŞAR XƏBƏRLƏR
"Azərbaycanın səsi" ictimai birliyi
ƏDƏBİYYAT

ARAŞDIRMALAR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR